https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
24 Aprel 2024
23 Aprel 2024

Bakıda "City Challenge" yarışları davam edir (FOTO)

Bakıda "City Challenge" yarışları davam edir  (FOTO)

Bu gün Bakıda "City Challenge" yarışlarına start verilib.

Trend-in məlumatına görə, yarışların startına Azadlıq Meydanından verilib. Yarışlarda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edir.

Bu gün City Challenge GT, Classic Qran Pri və GYMKHA şəhər Driftinq yarışlarının məşq sessiyası keçirilir. Oktyabrın 27-də təsnifatlandırma sessiyası və sprint yarışlar olacaq. Oktyabrın 28-i isə əsas yarış günüdür. Bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazırlığı, ardınca GT sürücülərin paradı və yarış olacaq.

"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur.

Qeyd edək ki, oktyabrın 25-də yarışda iştirak edəcək avtomobillərin paradı keçirilib.

Yarış avtomobilləri ilk öncə Azadlıq Meydanının qarşısında nümayiş etdirilib. Sonra avtomobillər onlara ayrılan marşrut üzrə-dənizkənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək Kempinski Hotel Badamdara hərəkət ediblər.

Dünən Kempinski Hotel Badamdarda yarışla bağlı keçirilən mətbuat konfransında "City Challenge" yarışlarının icraçı direktoru Helmut Beyer bildirib ki, yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyəcək və bütün diqqət Bakıya yönələcək.

Qeyd edək ki, dünən daha öncə yarış avtomobillərinin pilotları avtoqraf veriblər. Park Bulvarda keçirilən təqdimatda pilotlardan Kərim Əl Əsxari (BƏƏ), Niki Tim (Danimarka) və Filipp Enq (Avstriya) olublar.

Xatirladaq ki, yarışlar oktyabrın 27 və 28-də də davam edəcək.

Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.