Təkcə Laçın rayonunda 20 erməni ailəsi məskunlaşdırılıb
Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycanın Laçın rayonu ərazisində Suriyadan gəlmiş erməni ailələri məskunlaşdırılıb.
APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, ümumilikdə bu günədək Laçında Suriyadan gəlmiş 20 erməni ailəsinin məskunlaşdırıldığı bildirilir. Onlara 5 milyon dram məbləğində yardım edilib. Bundan başqa, erməni ailələrinə ərzaq yardımının ediləcəyi də bildirilir.
Suriyadan gələn ermənilərin digər rayonların ərazilərində yerləşdirildiyi bildirilsə də, onların ümumi sayı açıqlanmayıb.