|
|
|
|
Hazırda Bakıda ət kəsimi ilə bağlı şəhərdən kənar, müasir və dünya standartlarına uyğun müəssisələr yaradılır.
“APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə ciddi işlər aparılır.
“Artıq Bakı şəhərinin iki-üç hissəsində müvafiq yerlər müəyyənləşib. Dünyada olduğu kimi, şəhərdə ət kəsimi qəti qadağandır”, - deyə İ.Quliyev əlavə edib.