İran məhkəməsi sənədli filmlər müəllifi və qadın haqlarının müdafiəçisi Mahnaz Məhəmmədini 6 il müddətinə azadlıqdan məhrum edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, 2009-cu ildə tutulub. Ancaq məhkəmə onu indi “milli təhlükəsizliyə qarşı çıxmaqda, hakimiyyətə qarşı təbliğat aparmaqda” ittiham edərək, “təqsirli bilib”.
Bundan başqa Mahnaz Məhəmmədi “BBC”, “əl-Cəzirə”, “Radio France International” və “Amerikanın səsi” ilə əməkdaşlıqda suçlu bilinib.
39 yaşlı Mahnaz Məhəmmədi daha çox 2006-cı ildə çəkdiyi «Səyahətnamə» sənədli filmi ilə məşhurdur. Bu kino-lent bir neçə mükafat alıb.