|
|
|
|
“İŞİD” yaraqlıları İraqın şimalında 4 gün əvvəl girov götürdükləri əcnəbi fəhlələrdən 48-ni azad edib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda “Assoşieyted Press” xəbər yayıb.
Qeyd edək ki, “İraq-Şam İslam Dövləti” qruplaşmasının dəstələri 4 gün əvvəl Kərkük şəhəri yaxınlığında tikilməkdə olan xəstəxanaya hücum edərək obyektdə çalışan yüzə yaxın əcnəbi fəhləni girov götürüb. Bəzi məlumatlara görə, girov götürülənlər Türkiyə, Azərbaycan, Pakistan, Banqladeş, Nepal və Türkmənistan vətəndaşlarıdır.
“İŞİD silahlıları Girov götürülən şəxslər Kərkük və Tikrit şəhərlərinin arasında yerləşən nəzarət-buraxılış məntəqəsində polis əməkdaşlarına təhvil veriblər”, deyə “Assoşieyted Press” agentliyi polis generalı Torhan Əbdülrəhmana istinadən məlumat yayıb.