|
|
|
|
Parlamentin iyunun 20-də keçirilən növbədənkənar sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsinə 40 dəqiqəyə yaxın vaxt ayrılıb. Ancaq spiker Oqtay Əsədovun cari məsələlərin müzakirəsindən gündəliyə keçmək istəyərkən deputat Zahid Oruc söz almaq istəyib. Bu zaman spiker deputata “sən danışmasan, gecə yata bilməzsən...” deyərək Z.Oruca mikrofon verib.
Z.Oruc isə “Çağ Öyrətim” məktəblərinin bağlanmasından danışıb: “Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç də imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orda yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə karyerlarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər. Azərbaycan dövləti təhsil müəssisələrinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qərar qəbul edilibsə, yəqin geniş izahı veriləcək”.
Kamil HƏMZƏOĞLU