ABŞ prezidenti Barak Obama ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ağ Evin təmsilçisi Coş Ernest bildirib: “Obama Putinə xəbərdarlıq edərək, deyib ki, əgər Moskva Ukraynaya silahı axınının qarşısını almazsa, separatçılara dəstəyi dayandırmazsa, o zaman Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək”.
Onun sözlərinə görə, ABŞ münaqişənin diplomatik yolla həllinin mümkünlüyünə inanır: “Vəziyyətin gərginləşdirilməsinin aradan qaldırılması istiqamətində konkret addım atıldığını görməsək, o zaman Rusiya bunu əvəzini əlavə olaraq, ödəyəcək”.
Ağ ev təmsilçisi bildirib ki, Obama Putini şəxsi nüfuzundan istifadə edərək, Ukraynada sülh və sabitliyin yaranması üçün separatçılara təsir etməyə çağırıb.
Kremlin saytı isə dövlət liderlərinin Ukrayna prezidenti Pyotr Poroşenkonun irəli sürdüyü sülh planını müzakirə etdikləri haqda xəbər yayıb.