|
|
|
|
Truskovetsk şəhərində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın regional ofisinin açılış mərasimi olub.
525.az-ın verdiyi məlumata görə, Lvov Vilayətinin və Truskovetsk şəhərinin dövlət admnistrasiyası rəsmilərinin, disapora və KİV təmsilçilərinin iştirak etdiyi açılış mərasimində Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov çıxış edərək, rəhbərlik etdiyi qrumun gələcək fəaliyyəti haqqında məlumat verib.
Qeyd edib ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ölkələrimiz arasındakı qtisadi, siyasi, elmi, mədəni, idman və turizm əlaqələrinin inkişafına dəstək vermək üçün yaradılıb. Onun sözlərinə görə, alyansın paytaxt Kiyevdən sonra Truskovetsk şəhərində açılan 2-ci regional ofisi Ukraynada yaşayan soydaşlarımıza hüquqi yardım göstərməklə yanaşı, xalqımızın qədim adət-ənənələrini, zəngin mədəniyyətini özündə əks etdirən tədbirlər həyata keçirəcək.
Ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərinin möhkəm əsaslar üzərində qurulmasında ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan Beynəlxalq Alyansın sədri Elmar Məmmədov Azərbaycanla Ukraynanın strateji münasibətlərinin inkişafına prezident İlham Əliyevində xüsusi diqqət ayırdığını vurğulayıb.
Açılış mərasimində Azərbaycan Ukrayna Beynəlxalq Alyansın gələcək fəaliyyətinə uğurlar arzulayan Karpat İstirahət və Müalicə Kompleksinin baş direktoru Lev Qritsak dünyanda təbii şəfa ocağı kimi tanınan Truskovetsk şəhərinə hər il Azərbaycandan minlərlə insanın istirahətə gəldiyini bildirib .
Ukraynada baş verən hadisələrin Truskovetsk şəhərinin istirahət və müalicə mərkəzlərinin fəaliyyətinə heç bir mənfi təsir göstərmədiyini bildirən Lev Qritsak son aylar Rusiyanın bəzi televiziya və kütləvi informasiya vasitələrində yayımlanan antiUkrayna təbliğatının heç bir həqiqətə söykənmədiyini vurğulayıb. Hazırda dünyanın bir çox ölkələrindən ,o cümlədən Rusiyadan yüzlərlə insanın Truskovetsk şəhərinin müxtəlif sanatoriyalarında istirahət və müalicə kursları aldıqlarını diqqətə çatdıran baş direktor Luqansk ilə Truskovetsk şəhəri arasında 1500 km-dən çox məsafə olduğunu və bunun insanların istirahətinə və müalicə prosesinə heç bir maneə törətmədiyini xatırladıb.
Ukraynanı ən ağır dönəmlərdə müdafiə etdiyinə görə Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirən Qritsak Azərbaycandan olan daimi müştərilərini deyilən təxribat məlumatlara fikir vermədən hər il olduğu kimi xoş və mənalı istirahətlərini davam etdirməyə səsləyib. Bu istiqamətdə Azərbaycan Ukrayna Beynəlxalq Alyansın öz imkanlarından istifadə edərək Ukrayna həqiqətlərinin Azərbaycan ictimaiyyətinə çatdırılmasına yardımçı olacağına əminliyini bildirib.Sonra mərasimə qatılanlar Azərbaycan Ukrayana Beynəlxalq Alyansın regional ofisi ilə tanış olublar.
Azərbaycanın qədim mədəniyyətini və tarıxıni ,o cümlədən hər iki dost ölkənin milli dəyərlərini özündə əks etdirən kitab və əyani vəsaitlərlə zəngin olan ofis Karpat otelinin 2-ci mərtəbəsində yerləşir.