Avropa Şurası (AŞ) Baş katibinin müavini Qabriela Battaini-Draqoninin rəhbərlik etdiyi nümayəndə heyətinin sabah ölkəmizə başlayacaq səfərinin proqramı məlum olub.
APA-nın məlumatına görə, AŞ nümayəndə heyətinin oktyabrın 30-da ombudsman Elmira Süleymanova və Milli Məclisin üzvləri, o cümlədən AŞ PA nümayəndə heyətinin üzvləri ilə görüşü planlaşdırılır. Heyət günün ikinci yarısında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşəcək. Görüşlərdə Azərbaycanla Avropa Şurası arasında münasibətlərin inkişafı, həmçinin 2012-2014-cü illərdə Azərbaycan-Avropa Şurası Fəaliyyət Planının müzakirəsi nəzərdə tutulur.