|
|
|
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə sənəd verən rus bölməsinin abituriyentlərinə müraciət edib.
Bu barədə Lent.az-a TQDK-dan məlumat verilib.
2014/2015-ci tədris ilində Azərbaycan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsinin abituriyentləri 3 iyul tarixində keçiriləcək Azərbaycan dilindən test imtahanına buraxılış vərəqəsini çap edə bilərlər.
Buraxılış vərəqini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbak/ keçidinə daxil olmalıdırlar.