|
|
|
|
ABŞ-da baş verən qasırğa ölkənin bir çox şəhərlərində böyük fəlakətlər yaradıb.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Sendi" qasırğasının baş verməsi nəticəsində ölkənin bir çox şəhərlərində dağıntılar qeydə alınıb, ölənlərin sayı 17-ni ötüb. 6 milyondan artıq ev elektriksiz qalıb.
Ölkənin digər ərazilərində kəskin hava şəraiti müşahidə olunub. Qərbi Virciniya, Mariland və şimali Karolinaya qar və dolu düşüb. Elektrikin kəsilməsi ilə əlaqədar Nyu-York xəstəxanalarında da gərginlik müşahidə olunub. Mütəxəssislər qasırğanın 20 milyard dollar məbləğində zərər vura biləcəyini deyib.
Nigar Məhərrəm