Lənkəran rayonunda iki gün öncə qətl hadisəsi törədən şəxs yaxalanıb.
Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 24-də qətl törədən Elnur Kişiyev tutulub.
Qeyd edək ki, hadisə iyunun 24-də gecə saat 02 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən avtomobil təmiri sexində baş verib. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Bəhruz Fəyaz oğlu Mikayılov şəxsi münasibətlər zəminində həmyaşıdı və həmyerlisi Elnur Rasim oğlu Kişiyevi bıçaqla qətlə yetib.