Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Zakir Cəfərov yaşadığı mənzildə məişət əşyalarının yerini dəyişərkən dolabdan düşmüş şüşə onun boyun nahiyəsini kəsib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.