https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

Əlcəzair 1/8 finalda, Rusiya qrupda qaldı

Əlcəzair 1/8 finalda, Rusiya qrupda qaldı

Bu gün DÇ-2014-ün qrup mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, keçiriləcək dörd oyunla 1/8 finalın bütün iştirakçıları məlum olub.

G qrupunda Portuqaliya ilə Qana millisi qarşılaşıb. Görüş Paulo Bentunun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.  Ancaq bu qələbə Portuqaliyanın qrupdan çıxmasına kifayət etməyib. ABŞ Almaniyaya 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, top nisbətinə görə 1/8 finala yüksəlib.

G qrupunun lider Almaniyanın 1/8 finaldakı rəqibi H qrupunun ikincisi olacaq. ABŞ isə həmin qrupun birincisi ilə qarşılaşacaq.

H qrupunda Əlcəzair Rusiya ilə, Cənubi Koreya isə Belçika ilə qarşılaşıb. Belçika buna qədər 1/8 finala vəsiqəni təmin etmişdi. Cənubi Koreya isə Belçikaya 0:1 hesabı ilə uduzmaqla mübarizəni dayandırıb. Bu qrupda əsas maraq Əlcəzair – Rusiya matçına idi. Aktivində dörd xalı olan Afrika təmsilçisini 1/8 finala yüksəlmək üçün heç-heçə qane edirdisə, ruslar mütləq qələbə qazanmalı idilər. Lakin bu matçda heç-heçə oynayan Əlcəzair yığması 1/8 finala yüksəlib. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.