ABŞ prezidenti Barak Obama Suriyadakı üsyançıların silahlanması və təlim keçməsi üçün Konqresdən 500 milyon dollarlıq layihəni təsdiqləməsini istəyir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu ilin mayında Obama bildirmişdi ki, ABŞ Suriyadakı müxalifətin mülayim qanadının dəstəkləmək niyyətindədir.
Məlumata əsasən, Ağ ev Bəşar Əsədə qarşı mübarizə aparanlara kəşfiyyat sahəsində yardım edir.
Rəsmi Vaşinqton onu da bildirib ki, hərbi avadanlığın terrorçuların əlinə keçməməsi üçün yardım almaq istəyən üsyançılar dərindən yoxlanılacaq.