ABŞ Pakistanın “Camaat- ud-Dava” təşkilatını xarici terrorçu qurumlar siyahısına daxil edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, təşkilatın ABŞ-dakı bütün bank hesabları dondurulub.
“Camaat ud-Dava” isə bildirib ki, onların fəaliyyəti humanitar xarakterlidir. Ancaq Vaşinqton onların Pakistanda yerləşən, islamçı sayılan terrorçu “Leşkər-e-Tayba” qrupu ilə əlaqəli olduğunu bildirib.
ABŞ, Hindistan və başqa dövlətlər hesab edir ki, “Leşkər-e-Tayba” “əl-Qaidə-yə bağlıdır. 6 il öncə Hindistanın Mumbai şəhərinə basqının məsuliyyətini “Leşkər-e-Tayba”-nın üzərinə qoyublar. Həmin basqın nəticəsində 160-dan çox insan ölmüşdü.