Bu gün tanınmış teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın ölümündən bir il keçir.
525.az xəbər verir ki, 1935-ci il sentyabrın 5-də Bakıda doğulan xalq artisti 77 yaşında ikən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Azərbaycanın realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan S.Aslan uzun illər Musiqili Komediya Teatrında çalışıb. 1994-96-cı illərdə həmin teatrın rəhbəri olub. O, televiziya tamaşalarında yüzdən artıq rol ifa edib, “Əhməd haradadır”, “Yol əhvalatı”, “Ulduz”, “Bəyin oğurlanması”, “Evlənmək istəyirəm”, “Yuxu” və s. kimi bir çox məşhur filmlərdə müxtəlif obrazlar yaradıb.
Ölümündən 2 gün əvvəl “Şərəf” ordeni ilə təltif olunan xalq artisti II Fəxri Xiyabanda dəfn olunub.