Qusar şəhər Olimpiya Kompleksində oğurluq baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 28-də Qusar şəhər Olimpiya Kompleksindən 2 ədəd televizor, 2 ədəd DVD və 2 ədəd yataq dəsti oğurlanıb.
Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Mustafayev tutulub