|
|
|
|
Türkiyəli yazıçı Orxan Pamuk ötən gün “Legion D honneur” mükafatına layiq görülüb.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türklərin 1 milyon ermənini və 30 min kürdü öldürdüyünü iddia edən yazar Fransanın Mədəniyyət Nazirliyində təşkil olunan tədbirdə iştirak edərək jurnalistlərin suallarını cavablandırıb: “37 il roman yazmışam. Əməyimin nəticəsi kimi bu ödülə layiq görüldüyüm üçün çox məmnunam”.
Tədbirdə iştirak edən Fransanın Mədəniyyət naziri Aurelie Filippetti Pamukun hər zaman yeni ideyalar düşündüyünü, müasirliyi təbliğ etdiyini deyib. Mükafatın təqdimetmə mərasiminə Türkiyənin “UNESCO”dakı üzvü Gürcan Türkoğlu, Fransanın Ankaradakı səfiri Laurent Bili və digər mötəbər şəxslər iştirak ediblər.
Nigar Məhərrəm