|
|
|
|
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyasının plenar iclasında Ukrayna-Rusiya münasibətləri müzakirə olunub. Müzakirədə iştirak etmək üçün 55 natiq qeydiyyatdan keçib.
525.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, ATƏT PA-nın prezidenti Ranko Krikoviç Ukraynadakı vəziyyətin normallaşdırılması üçün rəhbəri olduğu təşkilatın ciddi addımlar atacağını qeyd edib:
“Biz ATƏT olaraq təhlükəsizlik sütunumuz sadiq qalmışıq. Biz Ukrayna-Rusiya münasibətlərinin yaxşılaşması üçün bir çox işlərə imza atmışıq. Şərqi Ukraynadakı vəziyyət hələdə normal deyil. Ukraynanın şərqində aparılan döyüşlər nəticəsində insanlar həlak olub, qaçqınlar və məcburi köçkünlərin sayı artıb. Helsinki qanunları pozulub. Biz təcili qərar qəbul etməliyik. Biz əməkdaşlarımızı da ora göndərəcəyik. Bütün Ukrayna vətəndaşlarına sülh gətirmək məqsədi ATƏT PA çalışacaq. Ola bilsin ki, bizim tədbirlərimiz uzun müddətli və effektli olmasın”.
Kanadalı nümayəndə isə Ukraynanın ərazi bütövlüyünün pozulmamasını vurğulayıb: “Ərazi bütövlüyünün bərpa etmək üçün Ukraynaya dəstək olmalıyıq”.
Polşalı nümayəndə isə Rusiyanın Ukraynadakı apardığı əməlləri qeyri qanuni olduğunu və buna qarşı müxtəlif əməliyyatların aparılma artıq vaxtının gəlib çatdığını vurğulayıb.
“Ukraynanın şərq hissəsində terrorçular fəaliyyət göstərir. ATƏT-in sərhədlərin təhlükəsizliyin qorunması ilə bağlı qanun layihəsi Ukraynaya da tətbiq edilməlidir. Rusiyanın Ukraynada hərbi qoşunlar yerləşdirməsi qəbul edilməzdir. Rusiyanın hərəkətləri ilə bağlı Haqqa Məhkəməsinə şikayət göndərəcəkləri barəsində Ukrayana tərəfi bizə məlumat verməlidir. Ukraynada etniklərə qarşı zorakılıq tətbiq olunur”.
ABŞ-lı Bejamin Hard “Biz Ukraynaya kömək etməliyik, Rusiyanın Ukraynada etdikləri hərəkətlər bütün hüquqa ziddir”, – deyib. Ukraynada ağır silahlardan hələ də istifadə olunur. Ukraynada yüzlərlə insan həyatını itirib.
Bahar Muradova isə Azərbaycanın 22 ildir şikayətinə baxılmadığını vurğulayıb:
“Hər kəs Helsinki Aktının pozulmasına görə narahatdır. 22 ildir ki torpaqlarımız işğal edilib. 22 ildir ki, şikayətimizə baxılmır. Ona görə də Avropada yeni konfliktlər və bölünmələr yaranıb. Azərbaycanın mövqeyini bəyan etmişəm. ATƏT regionundakı münaqişələri nəzərdə saxlayacağıq. İndi yaradılan “Bakı qrupu” adlanan qrupun taleyi Minsk Qrupunun taleyinə oxşamasın. İki qardaş xalqın münaqişəsini görmək istəmirik. Bu gün burada əsası qoyulan Bakı qrupunun işinə töhfə verməliyik. Biz problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq. Tərəflər arasında münaqişəni gərginləşdirməməliyik”.
Ukraynalı nümayəndə isə ölkəsinin düşdüyü vəziyyətə belə münasibət bildirib: “Biz Rusiya ilə həmişə dost olmuşuq. Biz slavyan xalqlarıyıq. Həmişə Rusiyanın bizi müdafiə edəcəyinə inanmışıq. Əgər silah, maliyyə və məlumat dəstəyi olmasaydı həmin insanlar Ukraynanı bölməyə çalışmazdılar. Rusiyalı nümayəndələr xahiş edirəm Putinə müraciət edin. Ona deyin ki, silah satmağı dayandırsın, bizim dövlətin daxili işlərinə qarışmayın. Bizim öz işimiz, problemlərimiz var. Rusiya bizə müdaxilə etməsin”.
Rusiyalı nümayəndə Aleksandr Puşkov səsləndirilən fikrə belə münasibət bildirib.
“İstəməzdim ki, Ukraynaya qaşı ittiham sürüm. Yeni Bakı qrupu yaradılıb. Ona görə, Ukraynanın hərəkətləri barədə danışmayacağam. Burada deyirsiniz ki, Rusiya guya ATƏT-in başqa təşkilatların normalarını pozur. İraqın işğalı da ATƏT-in prinsiplərinə ziddir. Niyə bundan danışmırsız?”