ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyada sonra Rusiya iqtisadiyyatının inkişafında ləngimə müşahidə edilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu, Beynəlxalq Valyuta Fondunu hesabatında göstərilib.
Təhlilçilərin proqnozuna əsasən, 2014-cü ildə Rusiyada Ümumi Daxili Məhsulun həcmi 0,2 faiz artacaq.
Bank hesablarının dondurulması, viza məhdudiyyətləri, Krımın işğalından sonra rusiyalı yüksək vəzifəlilərə sanksiyalar tətbiq ediləndən sonra ilk 5 ayda 80 milyard dollar Rusiyadan çıxıb.
Geosiyasi gərginlik sərmayə üçün Rusiya şirkətlərinin cəlbediciliyini də azaldıb.
Mütəxəssislərin fikrincə, Rusiyanın idxalı əvəzetməyə cəhd siyasəti ölkədə iqtisadi islahatlar prosesini təhlükə altına qoya bilər.