|
|
|
|
Çinin cənubundakı Quanqşi Quanq muxtar vilayətində baş verən tayfun fəlakətə səbəb olub.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, "Son Tinh" adlandırılan tayfun nəticəsində Çin-Vyetnam sərhədində 6 qayıq batıb, 70-i isə yoxa çıxıb.
Rəsmilər hələlik insan itkisinə dair konkret məlumatların əldə edilə bilmədiyini qeyd ediblər. Bölgədə güclü yağış və küləyin davam etdiyi bildirilib.
Çinin Vyetnam sərhədini təsiri altında saxlayan tayfun səbəbilə Vyetnamda və Çinin cənubunda on minlərlə insan yer dəyişdirib.