|
|
|
|
Bakıda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində iki nəfər ölüb.
525.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də saat 00.20 radələrində Yasamal rayonu ərazisində, Kürdəmir rayon sakini Anar Babayevin idarə etdiyi "Nissan" markalı avtomaşınla, motosiklet toqquşmuşdur. Nəticədə motosikletin sürücüsü və sərnişini hadisə yerində ölüblər.