Rusiya tərəfindən axtarışda olan şəxs Azərbaycanda həbs edilib.
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vladimirsk vilayəti Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Şükür Dadaşov tutulub.