Bakı şəhəri Xətai rayonunun Xocalı prospektində təmir işləri başa çatıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumi uzunluğu 1100 m-dən artıq olan prospekt əsaslı şəkildə yenidən qurulub.
Prospekt boyu kommunikasiya xətləri dəyişdirilib, qranit səki daşları düzülüb, asfalt-beton örtük, yağış barmaqlıqları, kommunikasiya quyularının dəmir-beton piltələri və baxış qapaqları yenisi ilə əvəz edilib.