Orta məktəblərin mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər.
525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Ş.Hacıyev bildirib ki, hələ ki, bununla bağlı məsləhətləşmələr aparılır, ictimai fikir öyrənilir:
“Amma hər halda bəzi ölkələrin təcrübəsi göstərir ki, bu sistem özünü doğruldur, bəzilərinin təcrübəsi isə onu göstərir ki, bu, özünü doğrultmur. Biz də bu təcrübələri dəqiq öyrənməliyik".
Ş.Hacıyev qeyd edib ki, ali məktəblərə testlə qəbulun ləğv edilməsinin tərəfdarı deyil: “Şəxsən mən bu gün testin ləğvini deyil, onun daha da təkmilləşdirilməsinin tərəfdarıyam".
S.QARAYEVA