"Ermənistan prezidenti deyəsən həm ölçü hissini, həm də nüfuzunu tamam itirib".
Lent.az-ın verdiyi məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov öz "Twitter" səhifəsində bildirib.
PA rəsmisi qeyd edib ki, Sarkisyana regionumuzda olan münasibət Argentinada da göstərildi. “Buenos-Ayresdə də özünü İrəvandakı kimi hiss edərək hamının onu qarşılayacağını düşünüb. Amma bu, belə olmadığı üçün erməni əsilli argentinalı sahibkar Eduard Ernekyana şikayət edib".