|
|
|
|
Kitabevim.az kitab kafesində yazıçı Vüsal Nurunun “Prezidentin qızı” kitabının təqdimatı keçirilib.
525.az-ın verdiyi məlumata görə, tədbirin moderatoru yazıçı, tərcüməçi Əyyub Qiyas Vüsal Nurunun yaradıcılığından söz açıb, onun fantastika janrında indiyədək maraqlı əsərlər qələmə aldığını vurğulayıb və bildirib ki, V. Nurunun daha çox qadın zorakılığının dayandırılması şüarı ilə yazdığı əsərləri ilə fərqləndiyini bildirib.
Müəllifin indiyədək “Yağış damlasıyam”, “Eybəcərlər adası”, “
Tənqidçi Əsəd Cahangir, kitabın redaktoru Ehtiram İlham, şairlər Elnaz Eyvazlı, Qılman İman gənc müəllifə uğurlar arzulayıblar.
Sonda çıxış edən Vüsal Nuru dünyada qadın zorakılığının artdığını, əsərlərində bu mövzunun işıqlandırılmasını özünə borc bildiyini vurğulayıb. Daha çox dəhşət, mistika, fantastika janrına müraciət etdiyini deyən müəllif yeni kitabında bunlarla yanaşı qadın zorakılığının dayandırılması ilə bağlı məsələləri də işıqlandırdığını qeyd edib.
Təqdimatın diqqətçəkən məqamlardından biri də kitabın personajı, zorakılıq qurbanı olan prezidentin qızının tədbirdə görünməsi və söylədiyi monoloq olub.
S.ABDULLAYEVA