Prezident İlham Əliyev Zahid Qaralovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Z. Qaralov Azərbaycanda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenə təltif edilib.