İsrailin Qəzza zolağına hava zərbəsi endirməsi nəticəsində 51 fələstinli ölüb.
Lent.az-ın “Interfaks”a istinadən məlumatına görə, bu barədə Fələstinin «Ma`an» agentliyinə tibb işçiləri bildirib.
Bu arada iyulun 9-da Qəzza zolağından İsrailin Dimona şəhərinə üç raket atılıb.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağını nəzarətində saxlayan HƏMAS-a qarşı əməliyyatlar davam edəcək.
Əməliyyat hələlik hava zərbələr şəklində həyata keçirilsə də, ordu tam döyüş vəziyyətinə gətirilib və istənilən an genişmiqyaslı yerüstü əməliyyatın başlanacağı gözlənilir.