Avropa Birliyi Ukraynada baş verən hadisələrlə bağlı daha 11 fiziki şəxsə sanksiya tətbiq edilməsi haqda qərar qəbul edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, adları siyahıya düşənlərin Avropa Birliyi ərazisinə girişi yasaqlanacaq, eləcə də onların bank hesabları dondurulacaq.
Siyahı yaxın günlərdə AB-nin rəsmi jurnalında çap olunacaq. Sanksiyanın gələn həftə qüvvəyə minəcəyi gözlənilir.
“Siyahıdakılar əsasən ukraynalı separatçılardır. Onların arasında bir, yaxud iki Rusiya vətəndaşı ola bilə”» -deyə, bu haqda AB-yə üzv dövlətlərin səfirlərinin görüşündən sonra adı açıqlanmayan iştirakçı bildirib.
Mənbə xatırladıb ki, Avropa Birliyinin viza, maliyyə sanksiyaları Rusiya və Ukraynanın 60-dan çox vətəndaşına tətbiq edilib. Bundan başqa Krımdakı müəssisələr də qurumun yasağına tuş gəlib.
Qərb xəbərdarlıq edərək, bildirib ki, Ukraynadakı gərginliyin artmasına yardım edərsə, Rusiya iqtisadiyyatına sanksiya tətbiq edəcək.