Prezident İlham Əliyev Hüseyn Rzaqulu oğlu Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının digər sərəncamı ilə Namiq Rəşid oğlu Abbasov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin imzaladığı digər sərəncamda qeyd edilir ki, Hüseyn Quliyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilsin.