Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib.
Komissiyadan Lent.az-a verilən məlumata görə, I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın səhifəsində veriləcək.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada baş tutub.