Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası görkəmli türk tarixçisi professor İnalcıq Xəlili Azərbaycan tarixinin tədqiqində və təbliğində göstərdiyi xidmətlərinə görə institutun Fəxri Doktoru adına layiq görülüb.
AMEA-nın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu il noyabrın 7-də Türkiyənin Ankara şəhərində, Bilkent Universitetində görkəmli tarixçiyə Tarix İnstitutunun Fəxri Doktoru diplomunun təqdimetmə mərasimi keçiriləcək.
Fəxri Doktor diplomunu İnalcıq Xəlilə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov təqdim edəcək. Təqdimetmə mərasimində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovun da iştirak edəcəyi gözlənilir.
S.QARAYEVA