https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Mundialın səkkiz kişiyana hərəkəti

Mundialın səkkiz kişiyana hərəkəti

Futbol həm də əsl kişi oyunudur. Dünya çempionatının gedişatı zamanı biz bir neçə dəfə bunun şahidi olduq.

Qol.Az saytı xəbər verir ki, uruqvaylı Alvaro Pereyranın başına zərbə dəyərkən həkimlər futbolçuya kömək etmək qərarına gəlir. Lakin onları görən futbolçu çevrilərək meydana qayıdır.

Matç zamanı başının yarılmasına baxmayaraq, Dirk Kuyt Braziliya ilə oyunda sonadək meydanda olur və... DÇ-2014-ün bürünc medalını qazanır.

Kolumbiya millisinin baş məşqçisi Xose Pekerman 43 yaşlı Fərid Mandraqona oynamaq şansı verir. Bununla da Mandraqonun mundiallar tarixində çıxış etmiş ən yaxşı futbolçu adını qazanmasında müstəsna xidmət göstərir. Bu turnirdən sonra Mandraqon futbolçu karyerasını başa vurdu.

Corco Kyellini onu dişləyən Luis Suaresə FİFA tərəfindən ağır cəza verildiyini eşidən kimi “FİFA-nın qərarı sərtdir” sözlərini deməklə uruqvaylı oyunçunu müdafiə edir.

Yunanıstan milli komandası pley-offa vəsiqə qazansa da, dövlət tərəfindən onlara vəd olunan mükafatdan imtina edir.

Dodağı partlasa da, argentinalı Pablo Sabaleta Hollandiya ilə yarımfinal matçını sona qədər oynayır.

Həmin oyunda Argentinanın başqa bir futbolçusu Xavyer Maskeranonun başında ağır zərbə dəysə də, o, oyunu sona qədər davam etdirdi. Matçın sonlarında isə Robbenin qapıya vurduğu təhlükəli zərbəni zərərsizləşdirdi....

Və Bastian Şvaynştayger.  Gözünün altından aldığı ciddi zədəyə baxmayaraq, sonadək meydanda olur. Onun da sayəsində Almaniya dünya çempionu adının qazanır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.