“Ötən ilə nisbətən bu il I və IV ixtisas qruplarında yüksək bal toplayanların sayı artıb”.
Modern.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O bildirib ki, ötən il I qrup üzrə 367 nəfər 600-dən çox bal toplayıb:
“Bu il isə onların sayı 487 nəfərdir. IV qrup üzrə 403 nəfər 600-dən çox nəticə göstərib. Bu ilə isə artım nisbətən çoxdur. Bu artım 500 baldan çox toplayanlara da aiddir. Bu da onu göstərir ki, I ixtisas qrupu üzrə qəbul planı ötən ilə nisbətən təxminən 4 faizə qədər artıb”.
E.Nağızadənin sözlərinə görə, I qrup üzrə ali təhsil ocaqlarına müsabiqədə 12 319 nəfər iştirak edəcək:
“Amma yer planı 12 052 nəfər nəzərdə tutulub. IV qrup üzrə isə qəbul planında cüzi fərq var. Cəmi 32 plan yeri artaraq 4482 yer ayrılıb”.