ABŞ-da "Sendi" kabusu bitir. Nyu Yorkda həyatın yavaş-yavaş normallaşdığı bildirilir.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Bəzi hava limanları, dövlət idarələri və 11 sentyabr hücumundan sonra ilk dəfə iki gün bağlı qalan Nyu York birjası açılıb. Con Kennedə ve Nevark Liberti hava limanlarında uçuşlar başlayıb. Avtobus reysləri açılıb, metronun isə sabah açılacağı gözlənilir. Ancaq Nyu Cersi ilə Nyu York Sitini birləşdirən Holland tuneli hələ də su altındadır.
Ən böyük problem isə elektriklə bağlıdır. Elektriklər kəsildiyi üçün Nyu Yorkdakı iki xəstəxana boşaldılıb. 17 ştatda 8 milyondan çox ev işıqsız qalıb.
ABŞ prezidenti Barak Obama 64 nəfərin öldüyü qasırğanı "ən böyük təbii fəlakət adlandırıb. Obama qasırğadan zərər çəkən ştatlara yardım sözü verib.
ABŞ-da gücünü itirən "Sendi" istiqamətini Kanadaya çevirib. Ontario ştatına bağlı Sarnia şəhərində bir nəfər ölüb.