DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ - Rafael Hüseynov yazır
Qohum evliliklər
“525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
"Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Region
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
Şəhidlər-qazilər
"525" - 30
Müsahibə
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Haqqımızda
Əlaqə
Son xəbərlər
28 Mart 2024
15:26
Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib
15:13
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişib
15:00
DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ -
Rafael Hüseynov yazır
14:54
Millimizin baş məşqçisi:
Komandamızın səviyyəsini gördük
14:50
Qərbin Cənubi Qafqazda ikinci Ukrayna ssenarisi
14:44
Kolumbiya argentinalı diplomatlar deportasiya edəcək
14:32
İrlandiya İsrailə qarşı soyqırım işinə müdaxilə etməyə hazırlaşır
14:23
Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz -
Azərbaycan bayrağı qaldırılıb
14:13
ABŞ-də körpü çökdü:
6 ölü
14:00
Qohum evliliklər
13:57
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb
13:54
Salyanda məktəb direktoru işdən çıxarılıb
13:48
Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib
13:42
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib
13:36
Bakı meriyasında müşavirə keçirilib -
direktora şiddətli töhmət verilib
13:31
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub
13:25
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
13:19
Sabah hava necə olacaq?
13:13
FHN: Ötən sutka 31 yanğına çıxış olub
13:07
"Crokus City Hall”un bərpası ilə bağlı yekun qərar yoxdur" -
Emin Ağalarov
13:00
AMEA Naxçıvan Bölməsində Elm Günü qeyd olunub
12:54
Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb
12:48
“Azərbaycan” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb
12:42
Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
12:36
Mədəniyyət naziri İmişlidə vətəndaşları qəbul edəcək
12:31
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:25
Sumqayıtda qanunsuz tikili sökülüb
12:19
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb -
sığınacağa baş çəkib
12:13
Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:07
"Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır" -
Paşinyan
12:00
Yens Stoltenberq: "Gürcüstan NATO-nun üzvü olacaq"
11:54
Ağdərədə qumbaraatan və pulemyot aşkarlanıb
11:48
"İrəvan bizim işimizdə iştirak etmir" -
KTMT-nin Baş katibi
11:42
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:36
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
11:31
DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb -
VİDEO
11:25
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
11:19
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
11:13
“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası təqdim olunub
11:07
Xankəndidə silah-sursat aşkarlanıb
11:00
Solovyovun növbəti təxribatı
10:54
Azərbaycanda minatəmizləmə mövzusunda beynəlxalq konfrans keçiriləcək
10:48
Qızıl və gümüş bahalaşıb
10:42
Xətai rayonu ərazisində hərbi sursat aşkar edilib
10:36
"Ötən il 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıb" -
DTX rəisi
10:31
Energetika Nazirliyində kollegiya iclası keçirilib
10:25
Əli Nağıyev: "Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq"
10:19
Naxçıvanda avtomobil yolunda uçqun olub
10:16
Cinayət yolu ilə əldə edilmiş 175 milyon manatdan artıq pul vəsaiti dövlət büdcəsi nəfinə müsadirə edilib
10:13
DTX rəisi: "Fransa Ermənistanı yeni müharibəyə təhrik edir"
10:07
Peruda zəlzələ olub
10:00
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri
09:54
MEK əməkdaşları beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər
09:48
Qərb bölgəsində çalışan alimlər “Elm günü”nü qeyd ediblər
09:42
Nyu-York birjasında təbii qaz cüzi bahalaşıb
09:36
Martın 30-da bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
09:31
Lənkəranda zəncirvarı qəzada ata və oğul ölüb
09:25
Bakıda sıxlıq müşahidə olunan yollar -
SİYAHI
09:19
4 rayonunun qaz təchizatı dayandırılacaq
09:13
Azərbaycan nefti ucuzlaşıb
09:07
27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşür
09:00
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
27 Mart 2024
23:57
Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb
23:40
Yaponiyada pəhriz əlavəsi 100-dən çox insana mənfi təsir edib
23:19
Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib
22:57
“Crocus” terrorunda təqsirləndirilən şəxsin ailəsi nəzarətə götürülüb
22:32
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
22:29
“Crocus” terroru ilə bağlı Tacikistanda aparılan istintaqa Prezident nəzarət edir
22:23
ABŞ Konqresi səfirliklərin bağlanması ilə bağlı araşdırmalara başlayıb
22:14
Belqorodda raket təhlükəsi
Son xəbərlərin davamı »
Sabilər kim olub?
Yazar
Oxunub:
2551
dəfə
a
-
A
+
21.07.14 14:14
Aida QASIMOVA
Professor, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi
[email protected]
Onlar
ulduzu
gördükləri
zaman
çox
böyük
sevinclə
şadlandılar
.
(
İncil
.
Matta
II
)
Qurani
Kərimin
üç
ayəsində
xristianlar
,
yəhudilər
və
digər
iman
əhli
ilə
yanaşı
sabilər
də
anılır
.
“
İman
gətirənlərin
,
yəhudilərin
,
xristianların
,
sabilərin
və
Allaha
,
axirət
gününə
inananların
,
xeyirxah
iş
görənlərin
mükafatı
Tanrının
yanındadır
.
Onlara
qorxu
üz
verəməz
və
onlar
kədərlənməzlər
” (
əl
-
Baqara
, 62)
Əl
-
Maidə
(69-
cu
ayə
)
və
əl
-
Həcc
(17-
ci
ayə
)
surələrində
də
sabilərin
adı
yəhudilər
və
xristianlarla
yanaşı
anılır
,
yəni
onlar
da
kitab
əhli
sayılır
. “
Sabi
”
ərəbcə
“
bir
dini
tərk
edib
başqa
bir
dinə
qoşulan
adam
”
anlamına
gəlir
.
Təsadüfi
deyil
ki
,
İslam
yaranarkən
,
müşriklər
onların
bütpərəst
dinini
tərk
etmiş
bəzi
müsəlmanları
,
eləcə
də
Məhəmməd
peyğəmbərin
özünü
“
sabi
”
adlandırmışlar
.
Bəzi
müəlliflərə
görə
, “
sabi
”
sözü
yəhudi
mənşəli
olub
“
vəftiz
edən
”
mənasını
verir
.
Ərəb
dilindəki
“
sabi
”
sözü
yəhudi
mənşəli
sözün
sonuncu
“
ayn
”
hərfinin
düşməsi
ilə
yaranıb
.
Ona
görə
də
,
Quranda
zikr
olunan
sabilərin
açıq
bir
şəkildə
məndailər
—
vəftiz
edən
Yəhyanın
ardınca
gedən
möminlər
olduğunu
bildirirlər
.
Məndailar
öz
ayinlərinin
əsasında
vəftizi
—
xaç
suyuna
çəkilməni
götürüb
yəhudilikdən
qopmuş
bir
firqədir
.
İ
.
Y
.
Kraçkovski
də
onların
xaç
suyuna
çəkməklə
tanınmış
xüsusi
bir
firqə
olduğunu
bildirir
.
Bəzən
məndailiyin
sabiliyin
inkişafının
son
mərhələsi
olduğu
bildirilir
.
Sabilər
Yəhya
peyğəmbəri
özlərinin
peyğəmbəri
və
xilaskarı
saymış
,
Allah
Təalanın
bu
peyğəmbəri
məhz
onlara
bir
elçi
kimi
göndərməsinə
inanmışlar
.
Sabilik
adı
ilə
tanınmış
dini
cərəyan
geniş
bir
coğrafi
məkanı
əhatə
etmiş
,
Misir
ehramlarından
tutmuş
Beytül
-
Müqəddəsədək
bir
sıra
məbədgahlar
sabilərin
adı
ilə
əlaqələndirilmişdir
.
Onların
çeşidli
məzhəb
və
qollara
ayrılmasını
və
bu
məzhəblər
içərisində
bəsit
bütpərəstlikdən
tutmuş
mükəmməl
dini
təlimlə
silahlanmış
dini
cərəyanlara
,
mistik
təmayüllü
təriqətlərə
,
tövhidə
və
nübüvvətə
meylli
qollaradək
müxtəlif
istiqamətlərin
olmasını
qeyd
edib
,
araşdırmağa
çalışdığımız
mövzunun
nə
qədər
ziddiyyətli
və
mürəkkəb
olmasına
nəzər
-
diqqəti
cəlb
etmək
istərdik
.
Orta
əsr
müəlliflərinin
sabiliklə
bağlı
fikirlərinin
dolaşıq
və
ziddiyyətli
olmasını
nəzərə
çatdırmaq
üçün
məşhur
Quran
təfsirlərindən
birinə
müraciət
edib
yuxarıda
adı
çəkilən
ayələrdən
birinin
şərhini
vermək
kifayətdir
.
Əbul
-
Fida
ibn
Kəsirin
Bəqərə
surəsinin
62-
ci
ayəsindəki
“
sabilər
”
barədə
şərhinə
müraciət
edək
:
–
Sabilər
məcuslar
,
yəhudilər
və
nəsranilər
arasında
öz
dini
olmayan
bir
qövmdür
.
–
Sabilər
kitab
əhli
arasında
ayrıca
bir
firqədir
.
Onlar
Zəburu
oxuyurlar
.
–
Onlar
qurbanlar
kəsər
və
nigaha
girərlər
.
–
Sabilər
məcuslar
kimi
bir
qövmdür
.
–
Onlar
mələklərə
ibadət
edirlər
.
–
Onlar
qibləyə
üz
tutub
beş
dəfə
namaz
qılırlar
.
–
Sabilər
İraq
tərəfdə
olan
bir
qövmdür
.
Onlar
bütün
peyğəmbərlərə
inanır
,
hər
il
30
gün
oruc
tutur
,
üzlərini
sağ
tərəfə
tutub
gündə
beş
dəfə
namaz
qılırlar
.
–
Sabilərin
işini
ancaq
Allah
bilir
.
Onların
əməl
etdikləri
şəriətləri
yoxdur
.
Küfr
işlətdikləri
də
bəlli
deyil
.
–
Sabilər
Mosulda
yaşayan
din
əhlidir
.
Onlar
“
lə
iləhə
illəllah
”
deyərlər
.
Bundan
savayı
onların
nə
bir
əməli
,
nə
kitabı
,
nə
də
peyğəmbəri
var
.
–
Sabilər
dinləri
xristianların
dininə
bənzəyən
bir
qövmdür
.
Onların
qibləsi
cənuba
tərəfdir
.
Onlar
Nuh
peyğəmbərin
ümməti
olduqlarını
iddia
edirlər
.
–
Sabilər
yəhudilər
və
məcuslar
arasında
dayanan
bir
dinin
əhlidirlər
.
Onlar
qurban
əti
yeməz
və
qadınlarla
kəbin
kəsməzlər
.
–
Onlar
tövhid
əhlidirlər
.
Bununla
belə
ulduzların
təsirinə
inanırlar
.
–
Sabilər
ulduzlara
ibadət
edər
və
buna
belə
bir
məna
verərlər
ki
,
Allah
ulduzları
ibadət
və
dua
üçün
qiblə
etmişdir
və
bu
dünyanın
işlərini
onlara
tapşırmışdır
.
–
Sabilər
nə
yəhudi
,
nəsrani
və
məcuslardan
,
nə
də
müşriklərdən
olmayan
ayrıca
bir
qövmdür
.
Onlar
ayrıca
bir
ümmət
olub
heç
bir
dinin
ardınca
getməzlər
.
Ona
görə
də
,
müşriklər
müsəlmanları
mövcud
dinlərin
heç
birinə
tapınmayıb
təzə
din
əhli
olduqları
üçün
sabi
adlandırmışlar
.
–
Bəzi
alimlər
peyğəmbərin
(
ə
)
dəvətinin
sabilərə
gedib
çatmadığını
bildirirlər
.
Heç
də
hamısı
düzgün
,
etibarlı
xəbər
kimi
qəbul
edilə
bilməyən
bu
çoxsaylı
mülahizələr
içərisində
islamaqədərki
ərəb
cəmiyyətinin
reallıqlarına
müvafiq
sabilərin
ulduzlara
tapınan
bir
ümmət
olmasını
və
onların
ata
-
babalarının
dinindən
üz
döndərməsini
xüsusi
vurğulamağı
lazım
bilirik
.
Səma
cisimlərinin
müqəddəsləşdirilməsi
bəşəriyyətin
ən
əski
inanclarından
olub
müxtəlif
coğrafi
məkanlarda
,
tam
fərqli
sivilizasiyalara
malik
insanlar
arasında
özünə
yer
etmişdir
.
Məhz
ulduzlara
sitayiş
kimi
ana
xətti
sabiliyin
əsasında
götürüb
onun
müxtəlif
yerlərdə
,
müxtəlif
xalqlar
arasında
yayılmasını
izah
etmək
mümkündür
.
Yəqin
ki
,
heç
bir
yerdə
göy
cisimləri
səhralardakı
kimi
açıq
,
aydın
müşahidə
olunmur
.
Gündüzlər
günəşin
yandırıcı
şüalarından
əziyyət
çəkən
bədəvi
ərəb
gecələr
sayrışan
ulduzlarda
,
sirlərlə
dolu
Ayda
ayrıca
bir
məna
görürdü
.
O
,
ulduzlara
baxıb
ucsuz
-
bucaqsız
səhralarda
hərəkət
edir
,
onların
köməyi
ilə
azmaqdan
xilas
olur
.
Ərəb
üçün
həyati
əhəmiyyəti
olan
,
daim
arzuolunan
,
həsrəti
çəkilən
yağış
da
göylərdən
gəlir
.
Belə
olan
təqdirdə
islamaqədərki
bədəvi
ərəbin
əsrarəngiz
göy
cisimlərinə
ibadət
edib
onlardan
kömək
umması
təbiidir
.
Bütpərəst
ərəblərin
panteonunda
bir
sıra
mühüm
bütlərin
səma
cisimləri
ilə
əlaqələndirilməsinin
şahidi
oluruq
.
Qurani
-
Kərimdə
h
.
Nuhun
qövmünün
tapındığı
bütlər
içərisində
qeyd
olunan
Vədd
Ay
allahıdır
. (
Nuh
23)
Bənu
Təmim
qəbiləsinin
Günəşə
tapınmasına
,
ümumiyyətlə
isə
qədim
ərəblər
arasında
Sürəyya
ulduzuna
,
Aya
,
Siriusa
ibadətin
mövcudluğuna
dair
xəbərlər
vardır
.
Xüsusilə
,
qədim
Yəməndə
göy
cisimlərinə
ibadət
geniş
yer
almışdır
.
Digər
ərazilərlə
müqayisədə
oturaq
həyatın
və
əkinçiliyin
üstünlük
təşkil
etdiyi
Yəməndə
günəş
allahına
,
onun
Zət
Himyam
(
yandıran
)
Zət
Bədən
(
uzaqda
olan
)
Zət
Zəhran
(
günorta
qızmarı
)
və
s
.
kimi
ipostaslarına
ibadət
günəşin
rəmzi
ifadələrinin
yaranmasına
,
məbədgahlar
qurulmasına
,
bütlər
yonulmasına
gətirib
çıxarmışdır
.
Artıq
IV
əsrdə
Yəməndə
Günəşin
,
Ayın
və
ulduzların
şərəfinə
qurbanlar
kəsilməsi
barədə
tarixi
məlumatlar
vardır
.
Ayrı
-
ayrı
göy
cisimlərinə
sitayişin
ümumiyyətlə
,
digər
sami
xalqlarının
da
dini
təsəvvürlərində
geniş
yer
tutduğunu
görürük
.
Məsələn
,
Günəş
allahının
Mesopatomiyada
Şəms
,
Misirdə
Ra
kimi
tanınması
məlumdur
.
Digər
tərəfdən
,
bu
və
ya
digər
göy
cisminə
sitayişin
zaman
-
zaman
bir
panteonda
sıx
əlaqələrlə
birləşməsi
də
müşahidə
olunmaqdadır
.
Aya
,
Günəşə
və
Zöhrə
ulduzuna
ibadət
üçlük
təşkil
etmişdir
.
Bu
üçlükdə
Ay
kişi
,
Günəş
isə
qadın
başlanğıcını
bildirir
.
Ay
tanrısını
səbalılar
əl
-
Manat
,
məinlilər
isə
Vadd
adlandırırdılar
.
Günəş
allahı
Zat
Himyam
adlanır
.
Zöhrə
-
Venera
isə
onların
oğlu
sayılır
və
Astar
adlanır
.
Ayrıca
bir
dini
cərəyan
kimi
formalaşmış
sabiliyin
əsasında
göy
cisimlərinə
ibadət
dayandığından
onların
təlimləri
Ərəbistan
yarımadasında
özünə
münbit
zəmin
tapa
bilmişdir
.
Sabiliyin
ilkin
vətəninin
qədim
xalqey
(
kəldani
)
sivilizasiyasının
beşiyi
sayılan
Hərran
olduğu
söylənilir
.
Hərranda
göy
cisimlərinə
sitayişin
geniş
yayılmasına
Qurani
-
Kərimdə
də
işarə
edilib
.
İbrahim
peyğəmbərin
tanrı
axtarışları
,
onun
ulduza
,
aya
,
günəşə
ibadət
edib
sonra
vahid
olan
Allah
-
Təalaya
iman
gətirməsi
əslində
astral
allahlara
sitayişdən
tövhidə
doğru
yönəlmiş
bir
təkamülü
göstərir
:
Göy
cismlərinin
müqəddəsləşdirilməsindən
monotezmə
doğru
təkamülü
biz
sabilərin
dini
təsəvvürlərində
də
görürük
.
Əgər
sabiliyin
ulduzlara
ibadətdən
ibarət
bir
din
olduğunu
qəbul
etsək
,
sözsüz
ki
,
o
tarix
boyu
bəşəriyyətə
məlum
olan
ən
qədim
dindir
.
Zaman
-
zaman
sabilər
məbədlər
yapıb
onları
göydəki
ulduzların
adı
ilə
adlandırırlar
.
Bu
məbədlərin
ortasında
heykəllər
qurur
,
onların
ən
uca
yerlərinə
rəmzlər
hörürdülər
.
Sonrakı
inkişaf
prosesində
sabilər
vəftiz
edən
Yəhyanın
özlərinin
gözlədikləri
peyğəmbər
olduğuna
inanır
,
ona
təzim
edir
və
bu
təlimlərin
Yəhyaya
(
a
)
aid
olduğunu
bildirir
və
inanırlar
ki
,
Yəhya
yeni
bir
peyğəmbər
olmaqla
bəşər
şəklində
yalnız
onlara
bir
tanrı
elçisi
olaraq
göndərilib
.
Qeyd
etmək
lazımdır
ki
,
sabilərin
ulduzların
müqəddəsləşdirilməsi
kimi
bəsit
bir
etiqadı
zaman
-
zaman
dərin
mistik
təfəkkürlə
zənginləşmiş
,
onların
məbədgahlarında
müxtəlif
elmlərin
öyrənilməsində
,
xüsusilə
qeybə
dair
biliklərə
yiyələnmə
yolunda
uğurlar
qazanılmışdır
.
Hər
bir
mistik
cərəyan
kimi
sabilərin
də
öz
gizli
təlimləri
,
doktrinaları
olmuşdur
.
Təsadüfi
deyil
ki
,
onların
adı
okkult
elmlərin
banilərindən
sayılan
Üçqat
əzəmət
sahibi
Hermes
Müsəlləslə
,
eləcə
də
çox
zaman
Hermeslə
eyniləşdirilən
,
Allah
-
Təalanın
uca
bir
məkana
qaldırıb
qeybin
sirlərini
açdığı
İdris
peyğəmbərlə
,
bəzən
də
yunan
mifololgiyasındakı
Orfeylə
əlaqələndirilir
.
İbn
ən
-
Nədim
bildirir
ki
,
sabilər
öz
elmlərini
Platonun
ulu
babasından
əxz
etdiklərini
iddia
etmişlər
.
Onlar
saçlarını
uzadır
,
xüsusi
əba
geyinib
toplumdan
fərqlənməyə
çalışırdılar
.
Bəzi
sabi
məbədlərinin
divarlarında
Platonun
hikmətli
fikirləri
yazılmışdır
.
Sabilər
öz
sirlərini
gizli
saxlayıb
heç
kəsə
bildirmədiklərindən
,
onların
kimliyi
alimlər
və
tarixçilər
arasında
müxtəlif
fikirlər
doğurmuşdur
.
Əsil
sirlər
isə
sabi
möminlərin
qəlblərində
hifz
olunmuşdur
.
Əgər
sirləri
camaata
agah
olarsa
,
işlərinin
zay
olacağından
qorxan
möminlər
bildiklərini
aşkar
etməzdilər
.
Onlar
digər
icmalardan
yan
gəzib
özlərinə
qapanar
,
öz
dini
ayinlərini
icra
edib
özlərinə
məlum
bir
tərzdə
bir
-
biri
ilə
danışırdılar
.
Onlar
kənar
şəxsləri
öz
icmalarına
daxil
etməz
,
başqa
dinlərin
nümayəndələri
ilə
nigaha
girməzdilər
.
Hətta
başqaları
ilə
birgə
yemək
də
yeməzdilər
.
Bəzi
məşhur
məbədlərin
yaradılmasında
da
sabilərin
rolu
olduğu
bildirilir
.
Şəmsəddin
Dəməşqi
“
Nuxbətud
-
dəhr
”
əsərində
bu
barədə
yazır
: “
Ən
qədim
tikililərdən
biri
də
Misirdəki
ehramlardır
, (
Allah
-
təala
Misiri
və
digər
müsəlman
ölkələrini
qorusun
).
Oradakı
bir
çox
ehramlar
içərisində
Cizədəki
iki
ehram
ən
böyüyüdür
.
Tarix
əhli
onların
tufandan
əvvəl
tikildiyini
bildirir
...
Bəzən
onları
Üçqat
əzəmət
sahibi
Hermesin
tikdiyi
söylənilir
.
O
isə
ibranicə
Yenox
adlanan
İdrisdir
.
Onun
bu
ehramları
tikməyinin
səbəbi
o
olub
ki
,
İdris
onların
vasitəsilə
ulduzların
vəziyyətinin
tufan
hadisəsinə
səbəb
olacağını
bildirmək
istəmişdir
.
Ehramların
daşları
arasında
heç
bir
sıvaq
yoxdur
.
Ancaq
daşlar
arasına
baxarkən
sanki
orada
ağ
parça
döşənmiş
kimi
görsənir
.
Ehramların
daşlarla
hörülmüş
qapıları
vardır
.
Hər
qapı
yeddi
otağa
aparır
.
Hər
bir
otaq
göydəki
yeddi
səyyarənin
adı
ilə
adlanır
.
Sabilər
iddia
edirlər
ki
,
bu
ehramlardan
biri
Aziimunun
,
yəni
peyğəmbər
Şis
əleyhissəlamın
qəbridir
.
İkinci
ehram
isə
Hermesin
qəbridir
ki
,
sabilər
özlərinin
ona
mənsub
olduqlarını
iddia
edirlər
.
Onlar
bu
ehrama
həcc
ziyarətinə
gedir
və
orada
xoruz
qurban
kəsirlər
.
Sabilər
bu
xoruz
can
verib
çabalayarkən
qeybə
dair
sirlərin
onlara
agah
olduğunu
bildirirlər
”.
Göründüyü
kimi
,
XIV
əsr
müsəlman
aliminin
əsərində
də
sabilərin
adı
gizli
elmlər
,
Hermes
və
İdris
,
sirlərlə
dolu
Misir
ehramları
ilə
əlaqələndirilir
,
mistik
yönümlü
bu
cərəyanın
bəzi
ayinrləri
(
həcc
ziyarəti
,
qurban
kəsmə
və
s
.)
olması
da
anlaşılır
.
Onlar
xoruzla
yanaşı
,
qara
öküzü
də
Günəşin
rəmzi
sayır
,
qurbankəsmə
mərasimlərində
öküzün
can
vermə
zamanı
çabalamasına
müvafiq
öncəgörmələr
söyləyirdilər
.
Görünür
sabilər
canvermə
anını
iki
aləm
arasında
xüsusi
bir
mərhələ
sanıb
qurban
kəsilən
heyvanlardan
vasitəçi
kimi
istifadə
etmişlər
.
Öz
dini
etiqadlarını
mistik
yönümlü
biliklərlə
zənginləşdirən
,
qeybə
dair
sirlərə
vaqif
olmağın
yollarını
tapmaq
iddiasında
olan
sabilərin
ulduzlara
ibadəti
sadəcə
göy
cisimlərinin
müqəddəsləşdirilməsi
olmayıb
,
bu
cisimlərə
ilahi
,
ruhani
mahiyyət
verməkdən
doğurdu
.
Əslində
sabilər
ulduzlara
,
planetlərə
deyil
,
bu
səmavi
cisimlərdə
bərqərar
olmuş
ruhani
qüvvələrə
,
mələklərə
ibadət
edirdilər
.
Digər
tərəfdən
,
elm
aləmində
onların
ulduzlarla
planetlər
arasında
fərq
qoyması
,
ulduzları
deyil
,
məhz
planetləri
ruhani
varlıqların
məskəni
sayması
və
planetlərin
şərəfinə
tikilmiş
məbədlərdə
məhz
ruhani
qüvvələrə
–
mələklərə
ibadət
etməsi
də
söylənilməkdədir
.
Hər
halda
sabilər
hakim
,
müqəddəs
,
cəlal
və
əzəmətinə
çatılması
imkansız
,
fəqət
ruhlar
vasitəsilə
yaxınlaşmaq
mümkün
olan
bir
Yaradıcıya
inanırdılar
.
Məhz
buna
görə
də
,
onların
məbədləri
yalnız
səma
cisimləri
ilə
əlaqələndirilməmişdir
.
Məsudinin
“
Murücüz
-
zəhəb
”
ində
onların
məbədləri
sırasında
əl
-
İllətul
-
ulə
(
ilkin
səbəbkar
)
məbədinin
adı
birinrci
çəkilir
.
Sonra
müəllif
Hərran
sabilərinin
Heykəlul
-
aqli
(
əql
məbədi
),
Heykəlus
-
surət
(
surət
məbədi
),
Heykəlun
-
nəfsi
(
can
məbədi
)
kimi
dairəvi
binalar
şəklində
məbədgahları
olduğunu
bildirir
.
Sonra
altıbucaqlı
heykəluz
-
zuhəl
(
Saturn
məbədi
),
üçbucaqlı
heykəlul
-
muştəri
(
Yupiter
məbədi
),
uzunsov
heykəlul
-
mirrix
(
Mars
məbədi
),
dördbucaqlı
heykəluş
-
şəms
(
Günəş
məbədi
),
ortası
uzunsov
,
dördkünc
olub
özü
üçbucaq
şəkilli
heykəlul
-
Utarid
(
Merkuri
məbədi
),
ortası
dördbucaqlı
,
özü
isə
üçbucaqlı
heykəlu
-
zuhrə
(
Venera
məbədi
)
və
səkkizbucaqlı
heykəlul
-
qaməri
(
Ay
məbədi
)
olduğunu
yazır
.
Məsudi
təxminən
hicri
IV
əsrin
3-
cü
onilliyində
vaxtilə
İbrahim
peyğəmbərin
atası
Azərin
qurmuş
olduğu
çoxlu
sərdabələri
və
bütləri
olan
məbədgahın
da
Hərrandə
,
Bəbur
-
raqqə
adlanan
yerdə
qalmış
olduğunu
bildirir
.
Sabilərin
məbədlərində
həndəsi
fiqurlara
meyl
,
bu
fiqurların
onların
nəzərində
xüsusi
məna
kəsb
etməsindən
doğur
.
Bu
cəhətdən
sabiliklə
yəhudi
kabbalası
arasında
bənzərlik
görmək
olar
.
Təbii
ki
,
sabilər
bu
məbədlərdəki
bütlərə
Uca
Tanrıya
yaxınlaşmaq
üçün
bir
vasitəçi
kimi
tapınmış
,
zaman
-
zaman
onların
bir
çoxu
vəhdaniyyətdən
uzaqlaşıb
bütpərəstlik
bataqlığına
yuvarlanmışlar
.
Hər
halda
göydəki
ulduzlara
və
planetlərə
sitayişlə
onların
dininin
ilkin
mərhələlərində
bu
göy
cisimlərinin
özünün
müqəddəsləşdirilməsi
deyil
,
onlarda
bərqərar
olmuş
ruhani
qüvvələrə
ibadət
öndə
olmuşdur
.
Ayrı
-
ayrı
səma
cisimlərinə
sitayiş
edən
sabi
əslində
mələklərə
sitayiş
etmişdir
.
Hərran
və
Misir
kahinlərinin
,
eləcə
də
sonradan
yəhudi
kabbalistləri
və
bəzi
xristian
mistik
cərəyanlarının
təlimlərində
də
ayrı
-
ayrı
planetlərin
mələklərlə
əlaqələndirilməsini
görürük
:
Günəş
–
Mixail
;
Ay
–
Cəbrail
;
Mars
–
Samail
;
Venera
–
Anail
;
Merkuri
–
Rafail
;
Yupiter
–
Zaxaril
;
Saturn
–
Orifil
.
İbn
Xəldunun
“
Müqəddimə
”
sində
yəhudilərin
mübarək
məbədi
olan
Beytül
-
Müqəddəsin
sabilərin
adı
ilə
əlaqələndirilməsini
görürük
.
Müəllif
yazır
: “
Beytül
-
Müqəddəsə
gəlincə
,
bu
əl
-
Məscid
əl
-
Əqsadır
ki
,
o
ilk
vaxtlar
sabilik
dövründə
Veneranın
məbədgahı
olub
.
Sabilər
ora
qurban
deyir
,
məbəd
daşının
üzərinə
yağ
tökürdülər
.
Sonra
bu
məbədgah
itib
-
batmış
və
müəyyən
zamandan
sonra
Bəny
İsrail
oranı
özlərinə
ibadətgah
seçmişdir
”.
Şəhristani
“
Əl
-
Miləl
van
-
nihəl
”
əsərində
sabilik
dininin
ruhani
qüvvələrə
,
xüsusilə
mələklərə
inam
və
etiqadla
bağlı
cəhətlərini
qabarıq
verir
,
bu
cür
inancları
“
ruhaniyyət
”
adlandırır
və
mələklərə
sitayiş
edən
sabilərlə
Tanrının
insanlar
arasında
elçiləri
olan
peyğəmbərlər
vasitəsilə
hidayət
yolu
tapan
həniflər
arasında
müqayisələr
aparır
.
Şəhristani
əsərin
sabilərlə
həniflər
arasında
bir
münaqişə
şəklində
qələmə
aldığı
fəslində
sabiliyə
xas
bir
sıra
səciyyəvi
cəhətləri
açıqlayır
:
“
Sabilər
deyir
ki
,
dünyanın
bir
müdrik
yaradıcısı
,
xəlq
edəni
vardır
ki
,
biz
ona
qovuşmağın
acizliyini
dərk
etməliyik
.
Bu
ilahi
qüvvəyə
ancaq
ona
yaxın
olan
vasitəçilərlə
çatmaq
olar
.
Bu
vasitəçilər
ruhani
,
pak
müqəddəs
varlıqlardı
...
Bu
varlıqlarla
əlaqə
yaratmaq
üçün
nəfsimizi
şəhvani
pisliklərdən
,
əxlaqımızı
şəhvani
qüvvələrin
və
qəzəbin
torlarından
təmizləməliyik
.
Ancaq
bundan
sonra
biz
ruhani
qüvvələrlə
əlaqə
yaradıb
onlardan
öz
hacətimizi
diləyə
bilər
,
onları
tanrı
ilə
özümüz
arasında
bir
şəfaətçi
görə
bilərik
.
Bu
paklıq
və
təmizlik
isə
yalnız
ciddi
-
cəhd
və
təmkinlə
mümkündür
.
Ruhani
qüvvələrdən
kömək
diləyərkən
diz
çöküb
yalvarmaq
,
dua
oxumaq
,
namaz
qılmaq
,
zəkat
vermək
,
oruc
tutmaq
,
qurbanlar
kəsmək
və
ətirli
otlar
yandırıb
tüstüsünü
üfürmək
lazımdır
...
Hər
bir
ruhani
qüvvənin
öz
məbədi
vardır
.
Bu
məbəd
ulduzlardır
.
Bu
məbədlər
Zuhəl
,
Müştəri
,
Mərrix
,
Şəms
,
Zöhrə
,
Utarid
,
Qəmərdir
.
Mövcudatda
baş
verən
hər
bir
hadisənin
səbəbkarı
bu
məbədlərdəki
ruhani
qüvvələrdir
.
Ruhani
qüvvənin
ulduzlara
münasibəti
ruhun
cismə
münasibəti
kimidir
...
Ruhani
qüvvələr
yoxdan
yaranmışdır
.
Onlar
maddi
deyillər
və
onların
ilkin
materiyası
yoxdur
.
Onlar
ayrıca
bir
tərzdə
yaranmış
cövhərlərdir
.
Onların
cövhəri
zülməti
olmayan
nurdur
.
Bu
nurun
şiddətindən
onu
nə
hiss
duyur
,
nə
də
göz
görür
.
Onun
lətafətinin
hədsizliyindən
ağıl
çaşbaş
qalır
,
xəyal
ona
yanaşa
bilmir
.
Onlar
nurani
,
ülvi
,
lətif
qüvvələrdir
.
Cismani
qüvvələr
isə
qaranlıq
,
alçaq
,
bulanıq
qüvvələrdir
...
Maddə
,
cisim
şər
və
fəsad
mənbəyidir
.
Bizim
müqəddəs
varlığın
hüzuruna
olan
yolumuz
aşkardır
.
Şəriətimiz
ağlabatandır
.
Bizim
ulu
əcdadlarımız
(
ilahi
varlığa
yaxınlaşmaq
)
istərkən
Yer
üzündə
səmavi
məbədlərə
müvafiq
məbədlər
qurdular
...
və
onların
vasitəsilə
ruhaniyyata
,
bütün
varlığın
rəbbinə
,
səbəblərin
yaradıcısına
yaxınlaşdılar
...
biz
bu
yolun
əsasını
Azimundan
və
Hermesdən
əxz
etdik
.
...
Siz
həniflər
isə
insanların
təəssübünü
çəkirsiz
.
Deyirsiz
ki
,
Allah
-
Təaladan
onlara
vəhy
və
risalət
nazil
olur
.
Vəhy
nə
olan
şeydir
?
Məgər
Allah
Təalanın
insanla
danışması
caizdirmi
?
Məgər
onun
kəlamı
bizim
danışığımız
kimi
ola
bilərmi
?
Mələklər
göylərdən
necə
nazil
ola
bilərlər
?
Axı
onlar
cismani
məxluq
deyillər
.
Onlar
mələk
surətindəmi
gəlir
,
yoxsa
insan
surətinəmi
girir
?
Bu
elçilərin
bir
insan
cildində
göndərilməsinə
dəlil
-
sübutunuz
varmı
?...
Bəs
nazil
olan
kitab
necə
?
O
Uca
Xaliqin
kəlamıdırmı
?
Bu
kəlam
necə
təsəvvür
ola
bilər
?
Bu
ruhani
bir
kəlamdırmı
?”
Bu
parçada
öz
təlimlərinin
əsasında
nübüvvəti
və
müqəddəs
kitabları
götürən
həniflərlə
,
mələklərə
inanıb
insan
vasitəsilə
mövcud
ola
biləcək
risalətə
inanmayan
sabilərin
mübahisələri
əks
olunub
.
Maraqlı
burasıdır
ki
,
hər
iki
təlimin
əsasında
vəhdaniyyət
–
Uca
və
Qüdrətli
Allaha
inam
dayanıb
.
Hər
iki
cərəyanın
adı
–
yəni
həm
“
hənif
”,
həm
də
“
sabi
”
sözləri
mövcud
etiqadlardan
üz
döndərib
yeni
bir
din
yaratmaq
anlamındadır
.
Ərəbistan
yarımadasında
daha
real
,
daha
praktik
dini
təlim
olan
hənifilik
daha
mücərrəd
və
xəyali
təsəvvürlərə
əsaslanan
sabiliyi
üstələmişdir
.
Bunu
ərəblərin
əsas
məbədgahının
–
Kəbə
məscidinin
İbrahim
peyğəmbərin
adı
ilə
əlaqələndirilməsi
də
sübut
edir
.
Kəbənin
bir
zamanlar
Günəş
məbədgahı
olması
ilə
sabiliklə
bağlanması
fikirləri
də
mövcuddur
.
Hər
bir
halda
müəyyən
bir
dövrdə
sabiliyin
Yaxın
Şərqin
ruhani
aləmində
mühüm
bir
rol
oynamasını
düşünmək
mümkündür
.
Sabilərin
ulduzlara
etiqadı
həm
də
gələcəyi
görmək
,
olacaqlardan
xəbər
vermək
kimi
xüsusiyyət
kəsb
etmişdir
.
Görünür
,
ilk
astroloqlar
da
sabilər
olmuşlar
.
Eləcə
də
ərəblər
arasında
geniş
yayılmış
rəmmallığın
,
yəni
qum
üzərində
xətlər
çəkib
fal
açmağın
sabilərə
gedib
çıxması
bildirilir
.
Bütün
bu
deyilənlər
sabiliyin
Yaxın
Şərq
xalqlarının
ruhani
,
mənəvi
aləmində
dərin
iz
buraxmış
,
vəhdaniyyət
dinləri
ilə
sıx
əlaqədə
olub
,
özünəxas
müddəalarla
çıxış
etmiş
mühüm
bir
dini
cərəyan
olmasını
sübut
edir
.
Bizi İnstagramda izləyin
Müəllifin digər yazıları
Mənsur ənəlhəq söylədi - Aida Qasımova yazır
30.06.22
Şihabəddin Suhraverdi: həyat və yaradıcılıq yoluna bir nəzər
31.05.22
Bəhram Gur - "ərəb tərbiyəsi görmüş çöllü" - Aida Qasımova yazır
17.08.21
Azərbaycan elminin çəpəki xətləri - Aida Qasımovanın məqaləsi
26.05.21
Bir qəzəlin Nəsimisi - Aida Qasımova yazır
05.05.21
Bir qəzəlin Nəsimisi - Aida Qasımova mövzunu davam etdirir
02.05.21
Bir qəzəlin Nəsimisi - Aida Qasımovanın məqaləsi
28.04.21
Bir qəzəlin Nəsimisi - Aida Qasımovanın məqaləsi
25.04.21
Humanitar dissertasiyalarda "humanistlik": kodlaşdırmadan üzgörənliyədək
Ölkəmizdə elmi əsərlərin səviyyəsinin yüksəldilməsi, elmi dərəcə və adların verilməsi prosesinin yaxşılaşdırılması aktual bir problem kimi gündəmdədir.
27.08.19
Şahid-bazi ənənəsi və onun Nəsimi şeirində əksi - Aida Qasımova
Müqəddəs Quranda bəşər övladının xarici gözəlliyi Yusif peyğəmbərin obrazında canlanır. Patriarxal din olan İslam bu məsələdə də qadına deyil, kişiyə üstünlük verir. Yusifə aşiq olduğu üçün
24.02.19
Ərəb yazısı və xəttatlıq sənəti - Aida Qasımova
Müsəlman Şərqində digər incəsənət növlərində məharətini sınaya bilməyən sənətkarların bütün istedadlarını yazı sənətində nümayiş etdirməsi xəttatlığın xüsusi önəm kəsb etməsi ilə
10.12.18
Ərəb şeirinin janrları - Aida Qasımova
Ərəb şeirinin janrları çox rəngarəngdir. V əsrdən başlayaraq formalaşmış bu janrlar uzun əsrlər boyu digər Şərq xalqlarının ədəbiyyatına böyük təsir göstərib.
13.11.18
İbn Ərəbi
Muhyiddin ibn Ərəbi (1165-1240) bəşəriyyətin fikir dünyasına, mədəniyyət və ədəbiyyatına böyük təsir göstərmiş nadir şəxsiyyətlərdəndir.
29.02.16
Sufizm barədə bir neçə söz
Sufizm Orta əsrlər müsəlman şərqində rəvac tapıb, uzunmüddətli inkişaf yolu keçərək dövrümüzədək gəlib çatmış dini-fəlsəfi cərəyandır.
23.12.15
Ustadımın ad gününə hədiyyə
12.10.15
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.