Çaparaq notlar - Firuz Mustafa yazır
42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
"Şeirin taleyi haqqında son hökm oxucunundur..."
Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
Şəhidlər-qazilər
"525" - 30
Ədəbi köşk: Nə var, nə yox?
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
25 Aprel 2024
19:43
"Sabah" Gənclər Liqasının qalibi oldu
19:29
Kinomuzun Babəki məktəblilərlə görüşəcək
19:17
BDU-da Karyera Festivalı keçiriləcək
19:08
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
19:05
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
19:00
Çaparaq notlar -
Firuz Mustafa yazır
18:55
"Büdcəyə yenidən baxılacağı istisna deyil"
18:47
Şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
18:41
Aprelin bütün sosial ödənişləri yekunlaşıb
18:39
"Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur"
18:29
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:11
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
18:08
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb
18:05
Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:00
42 illik ömrün ictimai uğurları və şəxsi faciələri -
Misir Mərdanov yazır
17:45
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar -
YENİLƏNİB
17:39
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər -
YENİLƏNİB
17:29
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar -
YENİLƏNİB
17:17
Azərbaycan və Qırğızıstan liderləri Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər -
YENİLƏNİB
17:12
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:08
İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar -
YENİLƏNİB
17:05
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:00
"Şeirin taleyi haqqında son hökm oxucunundur..."
16:56
XİN rəhbəri: COP29 çərçivəsində Azərbaycan Almaniyanın dəstəyinə arxayın ola bilər
16:40
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
16:30
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:19
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
16:00
Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
15:33
Elmira Süleymanova dəfn edilib -
YENİLƏNİB
15:30
İradə Əliliyə yubiley təbrikləri
15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar -
YENİLƏNİB
15:10
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:00
Minnətdarlıq duyğusu -
Qəzənfər Paşayev yazı
14:49
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
14:48
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
14:39
İşğaldan azad edilmiş Malıbəyli kəndində insan qalıqları aşkar edilib
14:32
"Vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir"
14:26
PFL hakim təyinatlarını açıqladı
14:24
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
14:10
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
14:05
“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb
14:00
Bu dünyada biz də varıq -
Fidan Malik yazır
13:57
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
13:55
COP29 Prezidenti: "Azərbaycan başa düşür ki, iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir"
13:52
FHN: Ötən sutka 46 yanğına çıxış olub
13:48
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıb
13:44
"Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib" -
Peter Siyarto
13:39
Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb
13:35
Sabah hava necə olacaq?
13:26
"İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır" -
Alen Simonyan
13:22
Sabunçuda qızıl mağazasını talamaq və çətənə kolları əkməyə görə iki nəfər tutulub
13:18
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:14
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib
13:09
"Türk dünyası Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanla həmrəydir" -
Fuat Oktay
13:05
Gəncə alimləri yaşıllaşdırma aksiyası keçiriblər
13:00
"Green Start Academy"nin 5 illik yubileyi qeyd olunub
12:54
"Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlanılması sülhə aparan yoldur" -
Peter Siyarto
12:51
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı yayılan xəbərlərə görə mediaya müraciət edib
12:48
Bakıda 3 məktəb direktoru barəsində intizam tənbeh tədbiri görülüb
12:42
QTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb
12:39
Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb
12:36
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib
12:31
Azərbaycan Tacikistanla şəhərsalma və memarlıq sahəsində təcrübə mübadiləsi aparacaq
12:25
Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
12:19
Gəncədə qanunsuz tikili sökülüb -
VİDEO
12:13
Hərbi xidmətə aprel çağırışı yekunlaşır
12:07
Naxçıvanın Baş naziri işdən azad olunub, yeni Baş nazir təyin edilib
12:00
Azərbaycan - Rusiya münasibətləri daha yüksək inkişaf səviyyəsinə qədəm qoyub
11:54
Siyasi-diplomatik masada Azərbaycan adı -
Sülh şəraitində qələbə
11:48
"Qarabağın bərpa işlərində iştirakla bağlı planımız noyabra qədər hazır olacaq" -
Peter Siyarto
Son xəbərlərin davamı »
Ramazanda Qədr gecələri
Yazar
Oxunub:
1058
dəfə
a
-
A
+
21.07.14 16:50
Rauf CƏBRAYILOV
İlahiyyatçı
Ramazan
ayı
hicri
təqvimə
daxil
olan
on
iki
ay
içərisində
müqəddəs
ay
hesab
edilməklə
“
ayların
sultanı
”
adı
ilə
tanınır
.
Bu
ay
Allah
tərəfindən
seçilmiş
ilahi
təlimlər
ayı
olması
,
bütün
səmavi
kitabların
bu
ayda
nazil
olması
,
qədr
gecəsi
kimi
xüsusi
mərhəmət
və
bağışlanılma
gecəsinin
bu
ayı
daha
da
fəzilətli
etməsi
,
İslam
dininin
ən
böyük
bayramının
bu
ayla
bağlılığı
və
digər
bu
kimi
xüsusi
özəllikləri
olan
üstün
bir
aydır
.
Ramazan
ayı
İslam
dinində
Allah
tərəfindən
seçilmiş
bir
nümunə
ayı
kimi
də
qərar
verilmişdir
.
Bu
ilahi
qərar
insanlara
bir
ay
boyunca
qüsursuz
yaşam
tərzini
öyrədir
.
Ramazan
ayı
bütünlüklə
bir
ibadət
ayıdır
.
Onu
başqa
aylardan
fərqləndirən
ən
mühüm
cəhət
də
budur
.
Bu
ay
həm
də
bir
mərhəmət
,
bağışlanılma
ayıdır
.
Bu
ayda
oruc
tutmaq
İslam
dininin
vacib
şərtlərindən
biridir
.
Bu
ilahi
hökm
sonuncu
səmavi
din
olan
İslam
dinində
tam
bir
təlim
formasındadır
.
İndiyə
qədər
bizə
məlum
olan
heç
bir
təlim
insan
psixikasına
,
onun
dünyagörüşünə
,
yaşayış
tərzinə
orucluq
qədər
güclü
təsir
göstərə
bilməmişdir
.
Orucluq
şərtlərinə
əməl
edən
hər
bir
müsəlman
bu
ayda
ilahi
mərhəmətdən
daha
çox
faydalanma
imkanlarına
sahibdir
.
Bu
ayda
Allah
tərəfindən
elə
bir
gecə
nəzərdə
tutulub
ki
,
bu
gecədə
,
yəni
Qədr
gecəsində
səmimi
qəlbdən
Allaha
üz
tutub
,
oyaq
qalıb
,
ibadət
və
tövbə
edərək
əvvəlki
günahlara
bir
daha
dönməmək
şərtilə
əfv
diləyən
hər
bir
müsəlman
günahlarının
bağışlanılmasına
nail
ola
bilər
.
Qədr
gecəsi
haqqında
Qurani
-
Kərimin
ayrıca
bir
surəsi
var
.
Orada
Allah
buyurur
:
(1)“
Həqiqətən
Biz
onu
(
Quranı
)
Qədr
gecəsi
nazil
etdik
!”(2) “(
Ya
Peyğəmbər
)
Sən
nə
bilirsən
ki
,
Qədr
gecəsi
nədir
?!”(3) “
Qədr
gecəsi
min
aydan
daha
xeyirlidir
!”(4).“
O
gecə
mələklər
və
ruh
(
Cəbrail
)
Rəbbinin
izni
ilə
hər
bir
işdən
dolayı
yerə
enərlər
.”(5).“
O
gecə
dan
yeri
sökülənə
kimi
salamatlıqdır
!”. (
Əl
-
Qədr
surəsi
).
Qədr
gecəsi
elə
bir
möcüzəli
gecədir
ki
,
Allah
bu
gecənin
yaratdığı
gecələr
içərisində
daha
üstün
,
fəzilətli
,
hətta
min
aydan
daha
xeyirli
olduğunu
bildirir
.
Bu
müddət
isə
təxminən
83
ilə
bərabərdir
.
Az
insan
tapılır
ki
,
indiki
dövrdə
səksən
il
yaşasın
.
Deməli
,
bu
gecənin
xeyir
və
bərəkəti
o
qədər
böyükdür
ki
,
bir
insanın
bütün
ömrü
boyu
əldə
edə
biləcəyi
xeyir
,
bərəkət
və
rəhmətdən
daha
artığı
həmin
gecədə
toplanmışdır
.
Quran
da
bu
gecədə
nazil
olmuşdur
.
Belə
bir
sual
oluna
bilər
ki
,
necə
olur
ki
,
Qurani
-
Kərim
həm
23
ilə
gəlir
,
həm
də
bir
gecədə
nazil
olur
?
Bildiyimiz
kimi
Qurandan
başqa
bütün
səmavi
kitablar
bir
dəfəyə
,
kitab
şəklində
və
ya
daş
lövhələrdə
endirilmişdir
.
Yeganə
kitab
Qurandır
ki
,
bəlkə
də
sonuncu
kitab
olduğu
üçün
,
zaman
və
tarixi
şərait
nəzərə
alınaraq
,
ictimai
münasibətləri
tədricən
tənzimləmək
və
insanları
bu
həyat
tərzinə
yavaş
-
yavaş
alışdıraraq
ayə
-
ayə
endirilmişdir
.
Qədr
gecəsində
isə
bir
dəfəyə
Məhəmməd
Peyğəmbərə
(
s
.
v
.
s
)
oxunmuşdur
.
Bəzi
hədislərdən
də
məlum
olur
ki
,
nəinki
Quran
,
bütün
səmavi
kitablar
bu
gecədə
nazil
olmuşdur
.
Dediyimiz
kimi
bu
gecə
xüsusi
mərhəmət
və
rəhmət
gecəsidir
ki
,
Allah
tərəfindən
bir
lütf
olaraq
yer
üzünə
və
insanlara
bəxş
olunmuşdur
.
Məhəmməd
Peyğəmbərin
(
s
.
v
.
s
)
bildirdiyi
kimi
bu
gecə
şeytanın
tam
zəncirləndiyi
gecədir
.
Bu
gecədə
Yer
üzünə
heç
bir
bəla
gəlməz
.
Mələklər
hər
ibadət
və
dua
edən
insanın
dualarının
qəbul
olunması
üçün
Allaha
yalvarıb
amin
deyərlər
.
İslam
dininə
görə
bu
gecədən
üstün
bir
gecə
yoxdur
.
Bu
gecənin
dəqiq
vaxtı
bilinmir
.
Bəzi
hədislərdə
Məhəmməd
Peyğəmbər
(
s
.
v
.
s
)
bu
gecənin
Ramazan
ayının
son
on
gününün
tək
gecələrinə
düşdüyünü
bildirir
.
Belə
hədislərin
birində
deyilir
: “
İbn
Abbas
rəvayət
edir
ki
,
Peyğəmbər
(
s
.
v
.
s
)
demişdir
: “
Qədr
gecəsini
Ramazanın
son
on
gecəsinin
tək
gecələrində
,
ayın
axırına
doqquz
,
yaxud
yeddi
,
yaxud
da
beş
(
gecə
)
qalmış
axtarın
.”(
Səhih
əl
-
Buxari
,2021-
ci
hədis
)
Ramazan
ayının
ibadət
zirvəsi
hesab
olunan
bu
gecə
ilahi
nurun
Yer
və
insanlar
üzərinə
daha
çox
işıq
saçaraq
yayıldığı
,
mərhəmət
qapılarının
tam
açılaraq
Allahın
, “
günahlarını
bağışlatmaq
istəyən
qul
yoxdurmu
onu
əfv
edim
?”
dediyi
müqəddəs
bir
gecə
olmaqla
yanaşı
,
həm
də
bir
imtahan
gecəsidir
.
Bu
gecənin
fəziləti
və
“
bərəkət
ağırlığı
”
o
qədər
böyükdür
ki
,
hər
müsəlman
onun
üçün
yaradılmış
bu
gözəl
imkandan
yararlanmalı
,
ya
da
ən
azından
həmin
gecəyə
hörmətsizlik
göstərməməlidir
.
O
gecə
hətta
bəzi
halal
işlərin
görülməsi
,
məsələn
,
cinsi
əlaqə
,
fiqh
alimləri
tərəfindən
məqbul
sayılmamışdır
.
Öz
-
özlüyündə
onsuz
da
günah
olan
əməllərin
,
məsələn
,
spirtli
içki
içmək
,
zina
etmək
,
donuz
əti
yemək
,
böhtan
demək
,
qeybət
etmək
,
qumar
oynamaq
,
söyüş
söymək
,
dava
salmaq
və
s
.
əməllərin
bu
gecədə
edilməsinin
cəzası
bir
neçə
dəfə
artıq
olmaqla
Allahın
qəzəbinə
səbəb
olar
.
Çünki
insan
üçün
ilin
bu
gecəsinin
mərhəmət
,
rəhmət
,
bərəkət
,
nur
və
şəfaət
gecəsi
kimi
qərar
verilməsi
və
insanların
bu
gecəyə
necə
münasibət
bəsləmələrinin
xüsusi
izlənilməsi
üçün
hətta
mələklər
Yer
üzünə
enib
şahidlik
edərlər
.
Mütəmadi
Allaha
ibadət
etməyən
müsəlmanlara
da
həmin
gecəyə
hörmət
etmək
,
günah
etməmək
,
əfv
diləmək
vacib
sayılır
.
Bəziləri
Qədr
gecəsində
oyaq
qalıb
ibadət
etdikdən
sonra
nə
isə
bir
dəyişiklik
gözləyirlər
.
Bu
əqli
cəhətdən
doğru
deyil
.
Çünki
axirət
dünyası
olmasaydı
və
biz
axirətə
iman
gətirməsəydik
,
mütləq
mükafatımızı
bu
dünyada
alacağımızı
fikirləşməyimiz
doğru
olardı
.
Amma
duaların
qəbul
olunub
-
olunmamasını
,
yaxud
əməllərimizin
mükafatlandırılmasının
bu
dünyada
,
yoxsa
axirətdə
olacağına
yalnız
Allah
qərar
verir
.
Hətta
biz
bəzən
nəyin
bizim
xeyrimizə
olacağına
belə
əmin
deyilik
.
Yaxşısını
Allah
bilir
.
Yasin
surəsində
Antakiyalılara
göndərilən
elçilərə
iman
gətirməyi
məsləhət
görən
və
bu
səbəbdən
də
qövmü
tərəfindən
daşqalaq
edilən
və
Allahın
cənnətlə
mükafatlandırdığı
Həbib
Nəccarın
dediyi
kimi
“
Kaş
qövmüm
biləydi
ki
,
Rəbbim
məni
niyə
bağışladı
və
nəyə
görə
hörmət
sahiblərindən
etdi
!”(
Yasin
,26-27)
Bu
üzdən
insan
qədr
gecələrində
bağışlanıb
-
bağışlanmadığını
dəqiq
bilmir
.
Hətta
onu
gözləyən
hər
hansı
bir
bəlanın
bu
dualar
vasitəsilə
nə
vaxt
ondan
uzaqlaşdırılacağını
da
bilmir
.
Amma
iman
vasitəsilə
Allahın
verdiyi
vədin
doğruluğuna
inanan
insan
Allahdan
günahlarının
bağışlanmasını
və
mükafatını
diləyir
.
Allaha
olan
imanını
möhkəmləndirir
və
səmimiyyətlə
Ona
üz
tutur
,
ümidi
daha
da
artır
.
Bu
insana
bir
arxayınlıq
və
hüzur
verir
.
Çünki
insan
əməllərinin
boşa
getmədiyini
və
ortada
da
Allah
mükafatının
olduğunu
hiss
edəndə
istər
-
istəməz
imanı
artır
və
uzun
müddət
bu
əhval
-
ruhiyyənin
təsirində
qalır
,
ya
da
ən
azından
günahlarını
azaldır
və
Allahın
himayəsinə
sığınaraq
özünü
güvəndə
hiss
edir
.
Əvvəldə
dediyimiz
kimi
,
Qədr
gecəsinin
müsəlman
üçün
hikməti
böyükdür
.
Bu
hikmətin
əsasını
bu
gecənin
bağışlanılma
gecəsi
olması
təşkil
edir
.
İslam
dininə
görə
müsəlman
üçün
qazandığı
elə
bir
günah
yoxdur
ki
,
bu
gecədə
bağışlanılması
mümkün
olmasın
.
Hətta
ən
böyük
günah
olan
şirk
belə
bağışlanıla
bilər
.
Amma
bu
işin
şərtləri
var
.
Əgər
insan
günahlarının
bağışlanılmasını
istəyirsə
mütləq
şəkildə
tövbə
etməlidir
.
Qurani
-
Kərimin
bu
haqda
ayrıca
surəsi
də
var
.
Tövbə
surəsinin
bir
ayəsində
Allah
buyurur
: “
Məgər
onlar
bilmirlər
ki
,
Allah
qullarından
tövbə
qəbul
edər
,
sədəqə
(
zəkat
)
alar
və
Allah
tövbələri
qəbul
edəndir
,
rəhimlidir
?!”.(
ət
-
Tövbə
,104)
Tövbənin
əsasını
həmin
günah
əmələ
bir
də
qayıtmamaq
şərtilə
Allaha
verilən
vəd
təşkil
edir
.
Çünki
tövbə
etdiyin
işi
əgər
məcburiyyət
və
ölüm
təhlükəsi
səbəbindən
etmisənsə
,
amma
Allaha
verdiyin
vədə
qəlbən
sadiqsənsə
Allah
sadiqləri
sevər
və
onların
tövbələrini
heç
vaxt
geri
çevirməz
.
Tövbənin
əsas
şərtlərindən
biri
də
insanın
etdiyi
pis
niyyət
və
yaxud
əməldən
peşman
olmasıdır
.
Peşmançılıq
,
özünü
günahkar
,
təqsirkar
bilmək
və
təəssüf
hissi
günahların
bağışlanılmasına
başlıca
vəsilədir
.
İslam
dininə
görə
əməldən
peşman
olmayanın
tövbəsini
Allah
qəbul
etməz
.
Çünki
bu
hissin
yaranmaması
insanı
Allaha
verdiyi
vədi
pozmağa
və
həmin
pis
niyyət
və
əməllərin
təkrar
olunmasına
təhrik
edir
.
Qurani
-
Kərimdə
Alah
buyurur
: “
O
müttəqilər
ki
,
bir
günah
iş
gördükləri
,
yaxud
özlərinə
zülm
etdikləri
zaman
Allahı
yada
salıb
(
tövbə
edərək
)
günahlarının
bağışlanılmasını
istəyərlər
.
Axı
günahları
Allahdan
başqa
kim
bağışlaya
bilər
?
Və
onlar
etdiklərini
(
gördükləri
işin
pis
olduğunu
)
bildikdə
(
tövbədən
sonra
)
bir
daha
ona
qayıtmazlar
”. (
Ali
-
İmran
,135)
Əvvəldə
də
dedik
ki
,
Qədr
gecəsi
günahların
daha
çox
bağışlanılması
gecəsidir
.
O
gecə
günahlarını
bağışlatmaq
istəyən
insan
mütləq
tövbə
etməlidir
.
Sual
olunur
:“
Qədr
gecəsi
səmimi
qəlbdən
tövbə
edib
günahlarını
bağışladan
insan
sonra
öz
pis
əməllərinə
davam
edərsə
onun
əvvəlki
günahı
silinmiş
,
bağışlanmış
vəziyyətdə
qalır
,
yoxsa
günahı
yenidən
hesaba
alınır
?”.
Çünki
hər
bir
günahkar
istər
ki
,
ən
azından
günahlarını
azaltsın
,
bu
gecənin
hikmətindən
yararlanaraq
günahlarını
bağışlatdırsın
,
yəni
sıfra
endirib
yenidən
öz
əvvəlki
həyatını
davam
etdirsin
.
Bu
Allahı
aldatmaq
istəyi
deyilmi
?
Allah
ilahi
elmi
ilə
nəinki
hər
il
qədr
gecələrində
,
hələ
insaniyyət
yaranmamışdan
hər
kəsin
necə
olacağını
əvvəlcədən
bilib
yazmışdır
.
Aldanmaq
insani
xüsusiyyətdir
.
Kiminsə
aldanması
onun
gələcəyi
görməməsi
və
gələcəkdə
qarşı
tərəfin
özünü
necə
aparacağını
bilməməsi
səbəbindən
baş
verir
.
Yəni
,
həmin
anın
sonrası
ona
qaranlıqdır
.
Allah
isə
Qədr
gecəsində
və
yaxud
başqa
günlərdə
tövbə
edən
insanların
hansının
gələcəkdə
verdiyi
vədi
yerinə
yetirəcəyini
və
əvvəlki
əməllərinə
dönüb
-
dönməyəcəyini
bildiyi
üçün
aldana
bilməz
.
Aldanmaq
Allaha
xas
keyfiyyət
deyil
.
İnsan
isə
yalnız
öz
-
özünü
aldadar
.
Ona
görə
də
Qədr
gecələrində
və
yaxud
başqa
günlərdə
edilən
tövbələrin
əsasında
səmimiyyət
və
həmin
əmələ
bir
də
geri
dönməmək
durur
.
Qədr
gecələrində
oxunan
duaların
da
əvvəlki
günlərdə
oxunan
dualarla
müqayisədə
önəmi
çox
böyükdür
.
Çünki
Qədr
gecəsi
duaların
və
diləklərin
də
qəbul
olunması
gecəsidir
.
Bu
dualar
istər
şəxsi
,
istərsə
də
ümumi
dualar
olsun
,
fərq
etməz
.
Əsas
şərt
insanın
Yaradanının
olmasını
qəbul
etməsi
,
ona
şərik
qoşmaması
və
səmimi
qəlbdən
Allaha
əl
açaraq
diləyini
ondan
istəməsidir
.
Qurani
-
Kərimdə
Allah
buyurur
: “ (
Ya
Rəsulum
!)
Bəndələrim
Məni
səndən
soruşduqda
söylə
ki
,
Mən
(
onlara
)
yaxınam
.
Dua
edib
Məni
çağıranın
duasını
qəbul
edərəm
.
Gərək
onlar
da
Mənim
çağırışımı
qəbul
edib
Mənə
iman
gətirsinlər
.
Bununla
da
,
ola
bilsin
ki
,
doğru
yola
yetişsinlər
.”(
əl
-
Bəqərə
,186)
Ümumiyyətlə
,
Qədr
hesab
olunan
gecələrdə
oxunan
duaların
hansı
formada
edilməsindən
çox
şey
asılıdır
.
Bu
duaların
Quran
ayələri
ilə
qüvvətləndirilməsi
və
onların
Allahın
öyrətdiyi
şəkildə
edilməsi
vacibdir
.
Ən
əsası
isə
Allaha
əl
açan
hər
bir
müsəlmana
Allah
öz
adlarını
çəkməklə
duaya
başlamağı
tövsiyə
edir
. “
Ən
gözəl
adlar
(
əsmayi
-
hüsna
)
Allahındır
.
Onu
bu
adlarla
çağırıb
dua
edin
.”(
əl
-
Əraf
,180)
Dua
edənlərin
çox
vaxt
etinasız
yanaşdıqları
bu
hökm
duaların
qəbulu
baxımından
çox
vacibdir
.
Çünki
diləklərin
istənildiyi
yeganə
ünvan
,
ən
uca
varlıq
olan
Allah
özü
bunu
duaların
qəbulu
,
habelə
dua
edənin
əl
açdığı
varlığa
hörmət
əlaməti
olaraq
onun
adının
çəkilməsinin
daha
düzgün
olduğunu
bildirir
.
Çünki
heç
bir
Quran
ayəsi
Allahın
adları
qədər
üstünlüyə
,
dəyərə
malik
deyil
.
Hər
dua
edənin
Allahın
adlarını
çəkməsi
nəinki
bu
duaları
mükəmməl
edir
,
hətta
həmin
insanın
ilahi
mərhəmətdən
daha
çox
faydalanması
və
Allahın
sevgisini
qazanması
üçün
mühüm
əhəmiyyət
kəsb
edir
.
Məhəmməd
Peyğəmbər
(
s
.
v
.
s
)
bir
hədisdə
bildirir
ki
, “
Allahın
adlarını
daim
çəkən
insanı
cəhənnəm
odu
yandırmaqdan
həya
edər
”.
Bu
üzdən
qədr
gecələrində
oyaq
qalıb
ibadət
edən
hər
bir
kəsin
bu
adları
zikr
etməsi
olduqca
vacibdir
.
Məhşur
İsmi
-
əzəm
duası
da
bu
adların
içindədir
.
Bu
həmin
möcüzəli
dua
Allah
tərəfindən
bəzi
peyğəmbərlərə
və
onların
vəlilərinə
öyrədilmişdir
.
Rəvayətə
görə
Süleyman
Peyğəmbərin
üzüyündə
bu
dua
yazılıbmış
(
Tarixi
-
Təbəri
I
cild
),
onun
vəziri
Asəf
ibn
Bərxiya
isə
Səba
hökmdarı
Bəlqisin
taxtını
bir
göz
qırpımında
bu
dua
ilə
gətirmişdir
(
Tarixi
-
Təbəri
I
cild
),
Məhəmməd
peyğəmbər
(
s
.
v
.
s
)
Bədr
döyüşündə
kafirlərə
qarşı
bu
duadan
istifadə
etmiş
,
Həzrət
Əli
Xeybər
qalasının
dörd
tondan
artıq
qapısını
bu
dua
vasitəsilə
başı
üzərinə
qaldırmışdı
.
Bu
haqda
Təbəri
belə
deyir
: “
Möminlər
əmiri
Əli
Allah
onun
üzünü
kerim
qılsın
Allahın
inayəti
ilə
Xeybər
qalasının
qapısını
yıxmış
,
xarab
etmişdi
” (
Tarixi
-
Təbəri
I
cild
.
səh
.525)
Ümumiyyətlə
,
dualar
gizli
şəkildə
,
qəlblərdə
,
pıçıltı
ilə
,
başqalarının
görməsi
və
eşitməsi
naminə
deyil
,
səmimiyyətlə
edilməlidir
.
Riyakarlıqdan
uzaq
insanın
hər
şeyi
unudub
arada
vasitə
olmadan
Allaha
üz
tutması
,
diləyini
yalnız
ondan
istəməsi
həm
də
bir
ibadət
növüdür
.
Bu
ibadətin
forması
Qurani
-
Kərimdə
belə
açıqlanır
: “
Rəbbinizə
yalvara
-
yalvara
,
həm
də
gizlicə
dua
edin
.
Şübhəsiz
ki
,
O
,
həddi
aşanları
(
qışqıraraq
dua
edənləri
)
sevməz
!” (
əl
-
Əraf
,55)
Ramazanın
digər
günlərində
valideynlərə
,
yaxınlara
,
qohumlara
,
kimsəsizlərə
baş
çəkmək
,
Qədr
gecələrində
isə
gündüzdən
hazırlıq
görmək
,
məsələn
yatıb
dincəlmək
və
s
,
gecəni
isə
səhərə
qədər
ibadətdə
keçirmək
məsləhət
görülür
. “
Rəvayət
edilir
ki
,
Aişə
xanım
demişdir
: “(
Ramazanın
)
axır
on
günü
yetişdikdə
Peyğəmbər
(
s
.
v
.
s
)
belbağını
bərk
-
bərk
bağlayardı
və
gecələri
həm
özü
ibadət
edər
,
həm
də
ailəsini
yuxudan
oyadardı
(
ki
,
onlar
da
ibadət
etsinlər
).”(
Səhih
əl
-
Buxari
,2024-
cü
hədis
)
Bizi Facebookda izləyin
Müəllifin digər yazıları
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.