BMT-nin Fələstinlilərə yardım üzrə Yaxın Şərq Agentliyi bildirib ki, Qəzza zolağından baş verən son münaqişə zamanı yüz mindən çox fələstinli sığınacaq üçün müraciət edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qurumun təmsilçisi Kris Ginnesss deyib ki, bu, bölgədə baş vermiş 5 il öncəki münaqişə nəticəsində müraciət edənlərin sayından azı iki dəfə çoxdur.
Fələstin Muxtariyyəti rəhbərliyi bildirib ki. İyulun 21-də İsrail raketi xəstəxanaya düşüb. 5 nəfər ölüb. Məlumata əsasən, çoxmənzilli yaşayış binasına daha 11 aviazərbə endirilib.
Bununla da son 10 gündə hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 550-i ötüb.
İsrail hakimiyyəti isə bildirib ki, son 24 saatda daha 7 hərbçisi həlak olub. Son iki həftədə 25 hərbçi həlak olub, 2 mülki israilli ölüb.