Qala-Pirallahı avtomobil yolunun tamamilə yeni tikilməsi layihəsi davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, uzunluğu 21,7 km olan yolun 7 km-i 6 , 14,7 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Layihə üzrə 2 yol qovşağı, 1 yeraltı piyada keçidi nəzərdə tutulub.
Artıq yolun 7-22 km hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Demək olar ki, torpaq yatağının tikintisi 90 faiz yerinə yetirilib. 14,5 km hissədə asfalt-beton örtüyünün tikintisi və işıqlandırma sisteminin quraşdırılması yaxın günlərdə başa çatdırılacaq.
Hazırda yol boyu əyri xətli tirlərin quraşdırılması, qırmadaş-qum qarışığının döşənməsi və üst layın asfalt-beton örtüyünün tikintisi işləri davam etdirilir.
Yolun 14,5km hissəsində tikinti işlərinin 2014-ci ilin sonu, 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir.