|
|
|
|
İyulun 22-nə keçən gecə Bakı şəhərinin Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rəsul Rza küçəsində, Xəqani bağında naməlum şəxs və ya şəxslər 1969-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunu bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrində 4 bıçaq yarası almış 45 yaşlı kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin kim tərəfindən və nə səbəbdən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.