Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əxlaqsızlıq yuvası aşkarlayıblar.
Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İntiqam Nəcəfovun gəlir əldə etmək məqsədi ilə Göygöl rayonu Hacıkənd kəndinin ərazisində yerləşən “Nihat” kafesində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.