Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 2002-ci il təvəllüdlü Tamerlan Ramin oğlu Şirinov İmişli rayonun Cəfərli kəndi ərazisindən keçən su kanalında batıb. Onun meyiti dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən, təxminən, 12 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.