|
|
|
|
Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 22- də Binəqədi rayonu Xocasən qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elnur Mirzəyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Şirinovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırılma aparılır.