"Ölkə Prezidenti cənab İlham Əliyevin 21 iyul 2014-cü il tarixli sərəncamı ilə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilməsinə çox sevindim".Bunu hakim partiyadan olan Milli Məclisin (MM) deputatı Aydın Mirzəzadə öz facebook səhifəsində paylaşdığı statusunda qeyd edib. "Zəng edib özünü də şəxsən təbrik etdim. Mübariz müəllim bu vəzifəyə layiq insandır"-deyə, qeyd edən A. Mirzəzadənin bildirdiyinə görə, o, bütün həyatı boyu zəhmətkeşliyi, ciddi elmi hazırlığı, müsbət insani xüsusiyyətləri ilə cəmiyyətdə özünə böyük hörmət qazanıb. "Həm partiyada, həm parlamentdə fəaliyyəti prinsipiallığı, məsuliyyəti ilə seçilib. Onun təyinatı Prezident İlham Əliyevin hazırlıqlı və nüfuzlu ziyalılara həmişə yüksək dəyər verdiyinin bir daha təsdiqidir. Mübariz Qurbanlının hörmətli cənab Prezidentin yüksək etimadını doğruldacağına inanır və ona gələcək fəaliyyətində uğurlar arzu edirəm".
KAMİL