|
|
|
|
"Hazırda dünyada ziddiyyətli hadisələr baş verir. Yaxın Şərqdə, Avropada, regionumuzun ayrı-ayrı ölkələrində ciddi münaqişələr dinc insanlar üçün fəlakət gətirir". Bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin (MM) deputatı Siyavuş Novruzov mətbuata açıqlamasında deyib. S.Novruzov mətbuata açıqlamasında bildirib ki, münaqişələr etnik-dini problemlər, ərazi mübahisəsi və təbii sərvətlər uğrunda mübarizə zəminində baş verir. YAP rəsmisinin sözlərinə görə, böyük dövlətlərin apardığı bu mübarizədən həmin ölkələrin xalqları əziyyət çəkir. O, qeyd edib ki, elə bölgələr var ki, orada xeyli sayda dinc sakinlər, xüsusilə uşaqlar qətlə yetirilirlər, eləcə də, həmin münaqişələrin olduğu bölgələrdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlər də öldürülür. "Azərbaycan bu acı təcrübəni yaşayıb. Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi zəminində dinc insanlarımızın öldürülməsinin şahidi olmuşuq. Ona görə də, indi dünyanın qaynar nöqtələrində baş verən hadisələrdə dinc insanların ölümünün acılarını yaxşı anlayırıq. Hesab edirik ki, dinc insanların, xüsusilə uşaqların öldürülməsi beynəlxalq ictimaiyyəti ciddi narahat etməlidir".
KAMİL