Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yerləşən yolqovşağı kompleksinə daxil olan növbəti yolötürücüsünün tikintisinə başlanılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, dəmir yolu xətti üzərində nəzərdə tutulan yolötürücüsü Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunur.
Yolötürücüsünün uzunluğu 31m, eni isə 14,5m təşkil edəcəkdir. Hazırda 1-ci dayağın tikintisi ilə əlaqədar svay-qazma işləri həyata keçirilir.