|
|
|
|
Ukrayna Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.
APA-nın məlumatına görə, belə bir bəyanatla Ukrayna baş naziri Arseniy Yasenyuk çıxış edib.
O bildirib ki, sanksiyalar bilavasitə ya dolayısı yolla separatçılar və terrorçulara dəstək verən Rusiya vətəndaşlarına şamil olunacaq.
A. Yatsenyuk müvafiq strukturlara sanksiyalar tətbiq olunacaq Rusiya şirkətlərinin və vətəndaşlarının siyahısını hazırlamağı tapşırıb.