Amerikalı həmsədr Ceyms Uorlik ATƏT nümayəndələri ilə görüşdə Qarabağ münaqişəsinin həllinin prioritet olduğunu diqqətə çatdırdığını vurğulayıb.
APA-nın xəbərinə görə, bu barədə həmsədr öz “Twitter” səhifəsində yazıb.
“Mən ATƏT nümayəndələrinə xatırlatdım ki, qlobal problemlərə baxmayaraq, Qarabağ münaqişəsinin nizamlanması prioritet olmalıdır”, - deyə diplomat qeyd edib.